Quba rayon Tüləkəran bələdiyyəsi tərəfindən illik fəaliyyət planına uyğun olaraq Quba rayonu Yenikənd kəndidnə içməli su təhcizatı xəttinin çəkilməsi işləri davam etdirilir. 2021-ci ildə 3000 metr ana xətt, 1650 metr daxili şəbəkənin qurulması işləri görülmüşdür. Hal hazırda 1000 metr ana xəttin və kənd daxili 3000 metr şəbəkənin qurulması işləri davam etdirir. Bu işlərin yanı sıra əlavə olaraq iki ədəd hərəsi 60 ton su tutumlu ambarların yerləri qazılmışdır.
1500 nəfər əhalisi olan Yenikənd kəndinin 600 nəfər sakini içməli su ilə tam təmin olunmuşdur. Okytbar ayının sonuna qədər əhalinin içməli su ilə yüz faizlik təminatı üçün bütün gücümüzlə çalışırıq. Bunun üçün bələdiyyənin bütün imkanları və kənd əhalisi hamılıqla səfərbər olunmuşdur. Hətta kəndimizin azyaşlı sakinləri də könüllü olaraq bu işə qoşulmuşlar.
Görülən işlər bələdiyyə büdcəsi və bələdiyyənin büdcənkənar fondları hesabına aparılır. Oktyabr ayının sonunadək ana xətt və daxili şəbəkənin qurulması işlərinin yekunlaşdırılması tam təmin olunacaqdır. işlər yekunlaşdırıldıqdan sonra içməli su xətti “Azərbaycan Respublikası Quba Rayonunun Tüləkəran bələdiyyəsinin Təmiz Kənd Məhdud Məsuliyyətli Cəmiyyəti”nin tabeliyinə verilərək vətəndaşlarımıza fasiləsiz və gigiyenik su verilişi təşkil olunacaqdır.
Rauf Hüseynov
Quba rayon Tüləkəran bələdiyyəsinin sədri
|
|
|
|
|
|
|
|
|
|