"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyəmiz sosial layhələrə üstünlük verir: BəLəDiYYə SəDRi YAZIR

--2017-01-31 / 14:10

Təməli Ümummilli liderimiz Heydər əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasında cəmiyyətin demokratikləşməsi, yerli özünüidarəetmə sisteminin inkişafı yolu ilə hakimiyyətin xalqa yaxınlaşması, regionların sosial – iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirilən siyasət bu gün möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi altında uğurla davam etdirilməkdədir.

Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyələr (bələdiyyə üzvü) 6 aydan bir gec olmayaraq seciçiləri qarşısında hesabat verirlər, bu gün də Biləcəri bələdiyyəsi 2016-cı ilin  yekunları ilə bağlı seciçiləri qarşısında hesabat verir.

  Məlumat üçün diqqətinizə çatdırırıq ki, Bakı şəhər icra Hakimiyyəti Başçısının 918 saylı 26 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Biləcəri bələdiyyəsinin mülkiyyətinə bələdiyyənin inzibati ərazisi daxilində 750,56 ha torpaq sahəsi ayrılmışdır. Qəsəbədə daimi yaşayan sakinlərin sayı 48500 nəfərdir. Bundan əlavə qəsəbə ərazisində 30 minə yaxın qeydiyyatsız vətəndaş və 16823 nəfər məcburi köçkün məskunlaşmışdır.

 2014-cü il dekabr ayının 23-də sayca IV çağırış bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş 15 nəfərdən 2 nəfəri başqa işə keçdiyi üçün onların səlahiyyətinə xitam verilmiş, 2 nəfərin isə vəfatı ilə əlaqədar səlahiyyətləri itirilmiş hesab edilmişdir. Hazırda Biləcəri bələdiyyəsinin 11 nəfər bələdiyyə üzvü var.  Onlardan 6 nəfərini qadın, 5 nəfərini isə kişilər təşkil edir. 

 Bələdiyyəmizdə 6 daimi komissiya, o cümlədən Yerli Büdcə Məsələləri Daimi Komissiyası, Yerli Sosial Məsələləri Daimi Komissiyası, Yerli iqtisadi inkişaf Məsələləri Daimi Komissiyası, Yerli Ekologiya Məsələləri Daimi Komissiya, idman və Gənclər Üzrə Komissiya Hüquq Məsələləri Üzrə Komissiya fəaliyyət göstərir.

Bələdiyyənin icra aparatında 76 ştat vahidi olmaqla 5 şöbə və 1 sektor mövcuddur.

Hesabat ilində 14 bələdiyyə iclası çağırılmışdır. Həmin iclaslarda bələdiyyə üzvləri və bələdiyyənin məsul işçiləri ilə birlikdə çoxsaylı məsələlər müzakirə edilməklə təklif və rəylərə əsaslanaraq müxtəlif qərarlar qəbul edilmiş, qəsəbə ərazisində yaşayan sakinlərlə 12 səyyari görüşlər keçirilərək bələdiyyənin fəaliyyəti barədə hesabatlar verilmişdir/

Bundan əlavə cari ilin oktyabr ayının 31-dən noyabr ayının 6-dək bələdiyyə ərazisində “Azərbaycanda  Yerli  Demokratiya  Həftəsi”  çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Qəsəbənin  ayrı-ayrı yerlərində - məhəllə 5057/68 11 saylı binanın qarşısında, X.Məlikaslanov küçəsi, döngə 4-də, Biləcəri Mədəniyyət və istirahət parkında,  T.Yaqubov küçəsi 22-də, N.Həşimi küçəsi 31-33-də, A.Zeynallı küçəsi 37A-da “Vətəndaşların Yerli özünüidarəetmədə iştirakını təmin etmək”,  “Bələdiyyə-vətəndaş, Vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”,  “Bir bələdiyyə-azı bir layihə”,  “Bələdiyyələr vətəndaş cəmiyyətinin dayağıdır”,  “Bələdiyyə-vətəndaş yaxınlığı zamanın tələbidir”,  “Yerli özünüidarəetmədə vətəndaşların rolu”  mövzularında görüşlər keçirilmişdir.

 Həftə ərzində bələdiyyədə  “Açıq qapı” günü elan edilərək bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirləri tərəfindən vətəndaşlar qəbul edilərək onların müraciətlərinə  baxılmışdır.  Bələdiyyənin inzibati binasında və əhalinin toplaşdığı sıx yerlərdə “bələdiyyə poçt qutuları” qoyulmuşdur. Vətəndaşlarla operativ əlaqələrin saxlanılması məqsədilə bələdiyyədə 401-37-64 telefon nömrəli “Qaynar xətt” fəaliyyət göstərmişdir.

2016-cı ildə Bələdiyyəmiz tərəfindən vətəndaşların qəbulu və onların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilib. Ötən il ərzində bələdiyyəyə ərizə, şikayət, təklif və digər formada aşağıdakı məzmunda 384 müraciət daxil olmuşdur.

Daxil olmuş müraciətlərin 98,2%-i və ya 377-si ərizə, 2,6%-i və ya 10-u şikayət, 0,8%-i və ya 3-ü təklif olmuşdur.

Daxil olmuş müraciətlər mövzular üzrə təhlil olunarkən məlum olmuşdur ki, müraciətlərin 31%-i Ayrılmış torpaq sahəsinin olub-olmaması barədə məlumatın təqdim edilməsi (119 müraciət), 21,9%-i Torpaq sahələrinin sənədləşdirilməsi (84 müraciət), 6,2%-i Dəfn xərclərinin vətəndaşın öz vəsaiti hesabına keçirilməsi üçün müvafiq sənədin verilməsi barədə (24 müraciət), 4,7%-i itirilmiş sənədlərin bərpası ilə əlaqədar (18 müraciət), 3,9%-i Birdəfəlik maddi yardım göstərilməsi (15 müraciət), 3,9%-i Alqı-satqı aktının verilməsi (15 müraciət), 2,9%-i əsgərlərin məzuniyyətə buraxılması ilə əlaqədar hərbi hissələrə müraciətlə bağlı (11 müraciət), 1,3%-i Mübahisəli məsələlərlə bağlı (5 müraciət), 2,3%-i  Bələdiyyənin istifadəsinə verilmiş xeyir-şər evlərində mərasim və tədbirlərin keçirilməsi barədə (9 müraciət), 1,8%-i Kanalizasiya xəttinin bərpası (7 müraciət) və 18,5%-i digər məsələlərlə bağlı (71 müraciət) olmuşdur.   

Daxil olmuş müraciətlər tərəfimizdən araşdırılaraq  86,4%-i və ya 332-i müsbət, 0,8%-i və ya 3-ü qismən həll edilmiş, 10,9%-inə və ya 42-sinə müvafiq izahat verilmiş, 1%-i və ya 4-ü əsassız hesab edilmiş, 0,8% və ya 3  müraciətin Dövlət Proqramında icrasının nəzərdə tutulduğu vətəndaşlara  izah edilmişdir.

 Qeyd edim ki, Bələdiyyəmizdə sədr və müavinlərin, eləcə də şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və il ərzində bələdiyyəmizdə 581 nəfər vətəndaş qəbul edilib. Onlardan 263 nəfər bələdiyyənin sədri, 318 nəfər isə bələdiyyənin sədr müavinləri və digər məsul şəxslər tərəfindən qəbul edilərək müraciətlərinə baxılmışdır.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məsələləri 37 dəfə kollektiv arasında müzakirə edilmişdir.

Hesabat ili ərzində bələdiyyə büdcəsinə 584.949,0 AZN məbləğində vəsait daxil olmuşdur ki, bu da bələdiyyə üzrə 2016-cı il üçün təsdiq edilmiş büdcə proqnozunun 83,3 %-ni təşkil edir. Onlardan, 205698,0 AZN əmlak vergisindən, 46457,0 AZN torpaq vergisindən, 90,0 AZN reklam vergisindən, 50000,0 AZN dövlət büdcəsindən dotasiya, 258398,0 AZN məişət tullantılarının yığılıb-daşınması və zərərsizləşdirilməsinə görə rüsum, 550,0 AZN mərasim evlərindən xidmət haqqı,  23.756,0  AZN digər gəlirlərdən  toplanmışdır.

Bələdiyyə büdcəsinin qismən kəsrlə yerinə yetirilməsinin obyektiv və subyektiv səbəbləri olmuşdur. Bu səbəblər daimi komissiyaların iclaslarında təhlil edilərək 2017-ci ilin büdcə proqnozunda nəzərə alınmışdır.

Bələdiyyənin cari il ərzində xərcləri aşağıdakı kimi olmuşdur:Cəmi xərclər 585.510,0 AZN təşkil etmişdir. Onlardan əmək haqqına 243676,0 AZN, DSMF, Həmkarlar və digər təşkilatlara 68692,0 AZN, abadlıq quruculuq işlərinə 121731,0 AZN, məişət tullantılarının zərərsizləşdirilməsinə 115374,0 AZN, inventar alımasına 200,0 AZN, aztəminatlı ailələrə yardımların göstərilməsi və dəfn, yas mərasimlərinin təşkilinə 2581,0 AZN, idarə aparatının saxlanmasına 7852,0 AZN, kommunal xidmətlərin ödənilməsinə 4815,0 AZN, kommunikasiya xidmətləri ilə bağlı xərclərə 1865,0 AZN və sair  xərclər üzrə  18724,0 AZN məbləğində vəsait xərclənmişdir.

Bələdiyyənin ümumilikdə 634450,0 AZN borcu mövcuddur ki, onlardan Dövlət Sosial Müdafiə Fonduna 395612,0 AZN, (o cümlədən 127040,0 AZN peniya borcu) Həmkərlar Təşkilatına 16098,0 AZN, əmək haqqından gəlir vergisinə görə 12710,0 AZN, Hərbi Müdafiə Fonduna 6571,0 AZN, Bələdiyyənin işçi və qulluqçularına ödənilməmiş əmək haqqına görə 29870,0 AZN, Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzvlük haqqına görə 2700,0 AZN, “Təmiz şəhər” ASC 127829,0 AZN, qazdan istifadəyə görə 2423,0 AZN, AtraBank ASC 37637,0 AZN və Bakı Hüquq şirkəti Mərkəzinə 3000,0 AZN olmuşdur.

Biləcəri bələdiyyəsinin  keçən il ərzində keçirdiyi tədbirlər,  abadlıq və sosial sahələrdə gördüyü işlər barədə:

 Hesabat ilində bələdiyyə tərəfindən bir sıra  bayram tədbirləri və anım mərasimləri, eləcə də digər tədbirlər keçirilmişdir. O cümlədən  Novruz,  Ramazan və Qurban   bayramları, 8 Mart Beynəlxalq Qadınlar  bayramı, 31 Dekabr Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və Yeni il və münasibətilə bayram tədbirləri, “20 Yanvar” faciəsi və  “Xocalı” soyqırımı ilə bağlı geniş ictimaiyyətin iştirakı ilə  anım mərasimləri keçirilmişdir.

  15 sentyabr “Bilik Günü”ndə bələdiyyə üzvləri və bələdiyyənin məsul şəxsləri yeni tədris ilinin başlanması münasibətilə qəsəbə ərazisindəki məktəblərdə keçirilən tədbirlərdə iştirak etmişlər. Bundan əlavə 2016-cı ildə məzun olmuş və ali məktəblərə daxil olmuş 500 baldan artıq bal toplamış 37 nəfər, 600-dən çox bal toplamış 17 nəfər məzun bələdiyyəyə dəvət olunaraq onlarla görüş keçirilmiş və onlara bələdiyyənin təsis etdiyi xüsusi diplomlar təqdim edilmişdir. Yeni tədris ilində aztəminatlı ailələrin üzvü olan 15 nəfər aşağı sinif şagirdlərinə bələdiyyə tərəfindən məktəbli geyimləri və dərs ləvazimatları  hədiyyə edilmişdir.

 Yeni il ərəfəsində 299 saylı orta məktəb şagirdlərinin və bələdiyyə əməkdaşlarının Heydər əliyev Mərkəzinə səyahəti təşkil edilmiş, 300 saylı orta məktəbdə təhsil alan və aztəminatlı ailələrdən olan uşaqlara bayram sovqatı paylanmış və onlara yeni il şənliklərində iştirak etmək üçün dəvətnamələr verilmişdir.

 Sosial və maddi durumunun çətinliyi ilə bağlı bələdiyyəyə maddi yardım üçün 7 müraciət, dəfn mərasimlərinin keçirilməsi ilə bağlı daxil olmuş  4 müraciət təmin edilmiş və 1 məcburi köçkün ailəsinin yaşadığı evin damı təmir edilmişdir.

Daha sonra Ahıllar Günündə qəsəbənin yaşlı sakinləri və ağsaqqalları ilə Biləcəri istirahət parkında çay süfrəsi təşkil edilərək onlarla görüş keçirilmiş, onları narahat edən problemlər birlikdə müzakirə olunmuşdur.

əlillər günündə müxtəlif kataqoriyalardan olan əlil ailələrindən  bir qismi evlərində ziyarət olunmuş, digərləri isə bələdiyyəyə dəvət olunaraq ümumilikdə 28 ailəyə ərzaq yardımı verilmişdir.

Qəsəbəmizdə yaşayan əlil uşaqlar da diqqətdən kənarda qalmamışlar. Belə ki, qəsəbədəki 11 saylı Uşaq poliklinikasının kollektivi ilə birgə uşaqların yaşadıqları evlərdə təcrübəli həkimlər tərəfindən onların müainəsi həyata keçirilmiş, ehtiyacı olanlara tibbi yardım göstərilmişdir. 

 Bələdiyyə ərazisində abadlıq və təmizlik işlərinə xüsusi diqqət yetirilir. Qəsəbənin Natəvan, Y.Hüseynov, Ordubadi, R.ismayılov küçələrində səkilər abadlaşdırılaraq yenidənqurma işləri aparılmış, qurumuş ağacların budaqları budanmış, yeni ağaclar və kollar əkilmişdir. Hər həftənin şənbə günləri qəsəbə inzibati ərazi dairəsi üzrə nüməyəndəliklə birlikdə qəsəbə ərazisində iməcilik keçirilmişdir.

 Məlikaslanov küçəsi 6-cı döngədə təmir işləri aparılmış və yola asfalt örtüyü çəkilmişdir. Xırdalan-Binəqədi dairəsinin Sumqayıt yolu ərazisindəki kanalizasiya xətti yenilənmiş, Y.Hüseynov küçəsində Vağzalyanı dairə yenidən qurularaq yaşıllaşdırılmışdır. Ordubadi küçəsi 2-ci döngədə və Biləcəri-Binəqədi yolunda təmir işləri aparılaraq əraziyə qum-çınqıl tökülmüşdür.

  Ötən ilin sentyabr ayının 28-dən başlayaraq yağan güclü yagışlar nəticəsində kanalizasiya xəttinin daşması, və sel suları nəticəsində yeni yaşayış massivində su basmış fərdi yaşayış evləri, təsərrüfat subyektləri, yollar, təbii fəlakətin törətdiyi digər fəsadlar Rayon icra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Rayon icra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə Nümayəndəliyi və bələdiyyənin birgə səyi nəticəsində su basmış ərazilər müxtəlif vasitələrlə təmizlənmiş və həmin ərazilərdə qismən də olsa abadlıq işləri aparılmışdır.

Qəsəbə  ərazisində 181 yerdə məişət tullantılarının daşınması üçün meydançalar mövcuddur. Həmin meydançalarda 428 ədəd konteyner yerləşdirilmiş, 12 küçədə məişət tullantılarının daşınması üçün meydançalar  təmir olunmuşdur. Eyni zamanda qəsəbə ərazisində yeni konteyner  meydançaları tikilmiş, zibil  qutuları işlək vəziyyətdə saxlanılır.

 Gün ərzində bələdiyyənin aidiyyatı şöbə əməkdaşları və sahə nəzarətçiləri tərəfindən ərazidə müəyyən edilən  hər hansı neqativ hallar barədə  aidiyyatı üzrə operativ məlumat verilir və yaranmış fəsadların aradan qaldırılması ilə bağlı müvafiq qurumlarla birlikdə tədbirlər həyata keçirilir.

Ötən ilin sonu Biləcəri qəsəbəsinin sakinləri üçün daha sevindirici əlamətlə yadda qaldı. Belə ki, 28 dekabr 2016-cı il tarixdə cənab Prezident ilham əliyev Biləcəri qəsəbəsinə gələrək Biləcəri dəmiryolu stansiyasında  “ASAN vaqon “ xidmətinin açılışında iştirak etdi.

Görülən işlərə və eləcədə həyata keçirilən tədbirlərə baxmayaraq, istər görülən işlərdə, istər sakinlərə göstərilən qayğıda, istərsə də müraciətlərə baxılmasında işimizi lazımı səviyyədə qura bilməmişik. Yekun olaraq qəsəbə sakinlərini əmin edirəm ki, Biləcəri bələdiyyəsi 2017-ci ildə qəsəbənin bütün sağlam qüvvələrini öz ətrafına toplayaraq, qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün bütün səy və bacarığına səfərbər edəcək və iş prosesini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.

Hikmət QULiYEV

  Binəqədi rayon Biləcəri  bələdiyyəsinin  sədri           

ŞƏRHLƏR