"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyəmiz sosial layihələrə üstünlük verir - BəLəDiYYə SəDRi YAZIR

--2017-07-20 / 18:28

 Belediyye.infoya Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevin Biləcəri bələdiyyəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində sosial-iqtisadi inkişaf sahəsində görülən işlər və həyata keçirilmiş tədbirlər barədə  hesabatı daxil olub. Hesabatı olduğu kimi təqdim edirik:

 

Təməli Ümummilli liderimiz Heydər əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasında cəmiyyətin demokratikləşməsi, yerli özünüidarəetmə sisteminin inkişafı yolu ilə hakimiyyətin xalqa yaxınlaşması, regionların sosial – iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirilən siyasət bu gün möhtərəm Prezidentimiz ilham əliyevin ilə altında uğurla davam etdirilməkdədir.

Biləcəri bələdiyyəsi də bu yönümdə bələdiyyələrə aid Qanunvericilik aktlarını əldə rəhbər tutaraq öz səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.

 2017-ci ilin 6 ayı ərzində bələdiyyənin fəaliyyəti ilə bağlı məlumat verərək bildirirəm ki, ötən dövrdə 9 bələdiyyə iclası çağırılmışdır. Həmin iclaslarda bələdiyyə üzvləri və bələdiyyənin məsul işçiləri ilə birlikdə çoxsaylı məsələlər müzakirə edilməklə təklif və rəylərə əsaslanaraq müxtəlif qərarlar qəbul edilmiş, qəsəbə ərazisində yaşayan sakinlərlə 12 səyyari görüş keçirilərək bələdiyyənin fəaliyyəti barədə hesabatlar verilmişdir. Hesabat yığıncaqlarında əsasən vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu, ərazidə görülən abadlıq işləri, bələdiyyə vergi və rüsumların yığılması vəziyyəti, bələdiyyənin gəliri və xərcləri barədə məlumatlar verilmiş, sakinlərin təklif və müraciətləri dinlənilmişdir.

Bələdiyyənin rəhbərliyi vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşır. Vətəndaşların müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində təsbit olunmuş, bu sahəni tənzimləyən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu təkmilləşdirilərək yeni redaksiyada qəbul edilmiş və biz də bələdiyyəyə edilən vətəndaş müraciətlərinə baxılması işimizi bu qaydalara riayət etməklə aparmağa çalışırıq.

Məlumat üçün bildirirəm ki, 2017-ci ilin 6 ayı ərzində Biləcəri bələdiyyəsinə vətəndaşlardan həm kollektiv həm də fərdi şəkildə ümumilikdə 181 müraciət daxil olmuşdur. Bu 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 38 vahid və ya 17,3%, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 119 vahid və ya 39,6 % az təşkil edir.

Qeyd edim ki, 2017-ci ilin 6 ayı ərzində Biləcəri bələdiyyəsinə idarə, müəsissə və təşkilatlardan 168 sənəd (2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 21,1% az, rəqəmlə ifadəsində isə  45 vahid) daxil olmuşdur. 

  Hesabat dövrü ərzində bələdiyyəyə daxil olmuş vətəndaş müraciətlərindən 179-u ərizə (daxil olmuş müraciətlərin 99%-i; o cümlədən, 2016-ci illə müqayisədə 34 vahid və ya 16% az) və 2-si (daxil olmuş müraciətlərin 1,1%-i; o cümlədən, 2016-ci illə müqayisədə 1 vahid və ya 2,1% az) şikayət olmuşdur. 

Daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki, müraciətlərin əsasən 31%-i torpaq sahəsinə dair sənədləşmə məsələləri (56 müraciət), 27%-i vətəndaşa torpaq sahəsinin ayrılıb ayrılmaması barədə məlumat verilməsi  (49 müraciət), 5,5%-i dəfn xərcinin ödənilməsi  (10  müraciət), qalan müraciətlər – 5,5%-i vətəndaşa torpaq sahəsinin ayrılması  (10 müraciət), 5,5%-i hərbi xidmətdə olan əsgərlərə müxtəlif səbəblərdən məzuniyyət verilməsi barədə hərbi hissələrə müraciət edilməsi (10 müraciət), 4%-i küçə və məhəllədə abadlıq işinin aparılması, o cümlədən asfalt örtüyü, komunikasiya xətlərinin çəkilməsi barədə 7 müraciət və  21,5%-i (39 müraciət) digər mövzular ilə əlaqədar olmuşdur.

2017-ci ilin 6 ayı ərzində Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatından  Biləcəri bələdiyyəsinə 14 müraciət (daxil olmuş müraciətlərin 8%-ni) daxil olmuşdur.  Daxil olan müraciətlər təhlil edilərkən məlum olmuşdur ki, müraciətlərin 10-u vətəndaşa hər hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması, 1-i birdəfəlik maddi yardım göstərilməsi, 2-i məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi, 1-i isə vətəndaşa məxsus torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsi ilə əlaqədar olmuşdur. RiH-dən daxil olan müraciətlərin icrası ilə əlaqədar bildirmək istəyirəm ki, müraciətlərdən 13-nə müvafiq izahat verilmiş,  1-i isə müsbət həll edilmişdir.

 Ümumilikdə cari ilin 6 ayı ərzində bələdiyyəyə daxil olmuş vətəndaş müraciətləri tərəfimizdən araşdırılaraq  74,5%-i və ya 135-i müsbət həll edilmiş, 19%-nə və ya 34-nə müvafiq izahat verilmiş, 4,8% və ya 7-i isə aidiyyatı üzrə müvafiq qurumlara göndərilmiş, 3%-i və ya 5-i isə hazırda icradadır. 

Biləcəri bələdiyyəsində vətəndaşların qəbuluna da xüsusi diqqət yetirilir. Belə ki, 2017-i ilin 6 ayı ərzində bələdiyyənin məsul şəxsləri tərəfindən ümumilikdə 689 vətəndaş (2016-ci ilin müvafiq dövrü ilə müqayisədə (376 vahid) və ya 54,5% çox) qəbul edilmişdir ki, onlardan 289 nəfəri (2016-ci ilin müvafiq dövrü ilə müqayisədə (112 vahid) və ya 52.5% çox) bələdiyyə sədri tərəfindən qəbul edilmişdir.

Qeyd etmək istəyirəm ki, bələdiyyəyə müraciət etmiş aztəminatlı ailələrin nümayəndələri, əlil, şəhid ailələri, müharibə veteranları və digər imtiyazlı şəxslər bələdiyyə sədri tərəfindən növbədən kənar qəbul edilir və müraciətlərinə operativ şəkildə baxılması təmin olunur. Qəbul zamanı vətəndaşların müraciəti səlahiyyət baxımından müsbət həll edilə bilmədikdə onlara şifahi şəkildə izahatlar verilir və aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilir.

Bələdiyyə hesabat dövründə sakinlərlə 12 səyyari görüş keçirmişdir. Həmin görüşlərdə 139 məsələ qaldırılmışdır. Qaldırılmış məsələlərin 89-nun icrası təmin edilmiş, 45-i aidiyyatı üzrə yönləndirilmiş, 5-i isə icraatdadır. Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən məişət və kommunikasiya xəttlərinin təmiri xarakterli məsələlərin həlli ilə bağlı olmuşdur.

Bələdiyyədə daxili davranış və nizam-intizam qaydalarına ciddi əməl olunur. Bu məqsədlə Azərbaycan Respublikasının əmək Məcəlləsinə, “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin Bələdiyyələrin Nümunəvi Reqlamentinə, 2012-ci il 21 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş və digər normativ hüquqi aktlara uyğun olaraq “Biləcəri bələdiyyəsinin daxili davranış və nizam-intizam Qaydaları” hazırlanmış, bələdiyyənin müvafiq əmri ilə təsdiq edilmiş və Qaydalardakı tələblərin icrasına nəzarət edilməsi üçün komissiya yaradılmışdır.

Nizam-intizam, qulluq fünksiyalarını icra etməklə yanaşı, icra intizamına əməl etmə, iş vaxtından səmərəli istifadə, öz işinə məsuliyyətlə və vicdanla yanaşma, kollektiv dəyərlərə hörmət və ümumi maraqların təmin edilməsinə səy göstərilməsi əsas prinsiplərimizdir.

Hesabat dövründə bələdiyyə büdcəsinə 292048,0 manat məbləğində vəsait daxil olmuşdur. Bu 6 aya proqnozlaşdırılmış vəsaitin 81%-ni təşkil edir.Daxilolmaların 114225,0 manatı əmlak vergisindən, 186032,0 manatı torpaq vergisindən, 50000,0 manatı dövlət büdcəsindən dotasiya, 107356,0 manatı məişət tullantılarının yığılıb-daşınması və zərərsizləşdirilməsinə görə ödənişdən, 1864,0 manatı isə digər gəlirlərdən  toplanmışdır.

Ötən ilin müvafiq dövründə büdcə daxilolmaları 303575,0 manat və ya proqnozun 84%-ni təşkil etmişdir. Bu daxilolmada digər gəlirlər çoxluq təşkil etmişdir.

Yerli vergilərin yığılmasında obyektiv və subyektiv amillər mövcuddur. Tərəfimizdən aparılan təbliğat və maarifləndirmə işlərinə baxmayaraq yerli vergilərin tam və vaxtında yığılmasında hələ də müəyyən çətinliklər vardır. Lakin buna baxmayaraq müəyyən edilmiş proqnozun yerinə yetirilməsi istiqamətində tərəfimizdən digər müvafiq təsirli tədbirlər də həyata keçirilir.

Vergi ödəyicilərinin uçota alınması, vergilərin hesablanması və daxilolmaların işlənməsi ilə bağlı 6 ay ərzində Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) 4294, Bələdiyyə Vergilərinin informasiya Sisteminə (BViS) 10186 məlumat daxil edilərək işlənmişdir. Vergi ödəyiciləri barədə məlumatlar vergi müfəttişləri tərəfindən ərazidə aparılan inventarizasiya ilə müəyyən edilmiş göstəricilər əsasında tərtib edilmiş reyestrlərdə öz əksini tapır və müvafiq proqrama daxil edilməsi üçün operatorlara təqdim edilir. Bunun əsasında ödəyicilərin uçotu aparılır, onlara tədiyyələr üzrə vergi hesablanır və tədiyyə bildirişi yazılaraq ödəyicilərə çatdırılır.

  Bələdiyyənin 2017-ci ilin 6 ayı ərzində xərcləri 291147,0 manat təşkil etmişdir. Onlardan əmək haqqına, eləcədə keçən dövrün əmək haqqı borcuna 105162,35 manat, DSMF, Vergilər nazirliyinə, Həmkarlar və digər təşkilatlara 25060,0 manat, abadlıq və quruculuq işlərinə 70100,0 manat, məişət tullantılarının zərərsizləşdirilməsinə 83822,0 manat, digər xərclər və yardımların göstərilməsinə 7003,0 manat xərclənmişdir.

  Biləcəri bələdiyyəsinin ev təsərrüfatları və təsərrüfat subyektlərinə görə əmlak, torpaq vergisinə və məişət tullantılarının daşınması üçün 01.01.2017-ci ilə hesablanmış qalıq debitor borcu 237827,6  manat,  01.07.2017-ci ilə  hesablanmış debitor borcu 190981,6 manat təşkil edir. Bunlardan  ev təsərrüfatları üzrə 160785,6 manat, o cümlədən əmlak vergisi 88587,0 manat, torpaq vergisi 10338,6 manat, məişət tullantılarına görə haqq 61860,0 manat, təsərrüfat subyektləri isə 30196,0 manat o cümlədən əmlak vergisi 402,0 manat, torpaq vergisi 24313,0 manat, məişət tullantılarına görə haqq 6285,0 manat təşkil edir. Belə ki, 6 ay ərzində 46846,0 manat məbləğində debitor borclarda azalma müşahidə edilmişdir.

Biləcəri bələdiyyəsindən  2017-ci ilin 6 ayı ərzində cavabdeh qismində 15  iddia qaldırıb. Onlardan 1 nəfərin iddiası təmin edilib, 7 iddia rədd edilib, 7-si isə icradadır. iddiaçı qimində isə 1 iddia qaldırılıb, 1-i baxılmamış saxlanılıb.

Borcun icraya yönəldilməsi barədə qərarların sayı 26-dır.Bunlardan 22-i ev təsərrüfatına 4-ü isə təsərrüfat subyektinə aiddir. icraya yönəldilmiş borcun məbləği 38699,0 manatdır. Bələdiyyənin icraya yönəldilmiş borcun 26-ı da icradadır.

Bələdiyyənin istifadəsində 11 ədəd texnika vardır. Onlardan 3 ədədi- 2 ədəd MAZ markalı və 1 ədəd Ford markalı xüsusi təyinatlı məişət tullantıları daşıyan avtomaşınlardır. Avtomaşınların ikisi saz vəziyyətdədir, biri isə təmirə dayanıb, yaxın vaxtlarda təmir başa çatdırılaraq xəttə çıxarılacaqdır. Avtomaşınların buraxılış illəri 2010-2013-cü illərdir.

Digər texnikalar 3 ədəd Kamaz markalı avtomaşınların 2-si işlək, 1-i nasaz, 2 ədəd Kon yükləyicisi biri işlək, digəri nasaz, 1 ədəd AvtoQreyder işlək vəziyyətdədir. Kamaz markalı avtomaşınlar 2006-2007-ci illər, Yükləyici konların və Avto Qreyderin buraxılış illəri isə 2005-2007-ci illərdir.

Bələdiyyədə 1 ədəd 2007-ci il buraxılışı olan Hunday markalı xidməti avtomobil də işlək vəziyyətdədir.

Diqqətə çatdırıram ki, texnikalar gündəlik və davamlı işlədiyindən və uzun müddət istismarda olduqlarından ehtiyyat hissələri və təkərləri tez-tez sıradan çıxır. Bu səbəbdən də məişət tullantılarının yığılıb daşınmasında qısa fasilələr yaranır.

Texnikaların işlək vəziyyətdə saxlanılmasına xüsusi diqqət yetirilir, onlara vaxtında texniki xidmət göstərilir, ehtiyat hissələri və yanacaqla vaxtaşırı təmin edilir, lazım gəldiyi hallarda təmirə saxlanılır. Qeyd edim ki, təkcə məişət tullantıları daşıyan 3 avtomaşının təmirinə və ehtiyat hissələrinin alınmasına son aylarda 26000,0 (iyirmi altı min) manat məbləğində bələdiyyə büdcəsindən vəsait xərclənmişdir.

Bələdiyyə ərazisinin təmiz saxlanması, kommunikasiya xətlərindəki nasazlığın müəyyən edilərək oradan qaldırılmasına da xüsusi diqqət ayrılır. Belə ki, hər səhər  təsərrüfat şöbənin məsul  işçiləri tərəfindən əraziyə baxış keçirilir. Aşkar edilmiş qəza və oxşar hallar barədə dərhal aidiyyatı xidmət sahələrinin rəhbərlərinə və rayon icra Hakimiyyətinin operativ internet səhifəsinə  məlumat ötürülür. Qəzaların aradan qaldırılmasının nəticələri nəzarətdə saxlanılır.

Qəsəbə ərazisində  qanunsuz səyyari ticarətlə məşğul olan sakinlərimizlə mütəmadi maarifləndirici söhbətlər aparılır, yaratdıqları natəmizlik yığışdırılır və qanunsuz  səyyari ticarətin fəaliyyəti dayandırılır.

Bu istiqamətdə aidiyyatı qurumlarla birgə reydlər keçirilir, bu sahəyə nəzarət gücləndirilir.

Bələdiyyə tərəfindən qəsəbədəki “20 Yanvar” və “Milli Qəhrəmanlar parklarına”, ərazidə Bakı-Sumqayıt yolu da daxil olmaqla salınmış yaşıllıqlara, gül kollarına və həmişə yaşıl dekorativ ağaclara vaxtaşırı qulluq edilir, suvarılır, təmizlənərək qaydaya salınır.

Qəsəbənin M.S.Ordubadi, A.Zeynallı, Y.Hüseynov, X.Natavan, X.Məlikaslanov, R.ismayılov, N.Həşimi küçələrində və yol kənarlarında, eləcə də salınmış “abad məhəllələrdə” gündəlik və mövsümə uyğun abadlıq və təmizlik işləri aparılmış və hal-hazırda da davam etdirilir. Qəsəbə ərazisində hər həftənin şənbə günlərində aidiyyatı qurumlarla birlikdə irimiqyaslı iməcliklər keçirilir. 

2017-ci ilin 6 ayı ərzində bələdiyyə tərəfindən bir sıra  bayram tədbirləri və anım mərasimləri, eləcə də digər tədbirlər keçirilmişdir. O cümlədən  Novruz,  Ramazan bayramları, 8 Mart Beynəlxalq Qadınlar  bayramı, 31 Dekabr Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və Yeni il  münasibətilə bayram tədbirləri, “20 Yanvar” faciəsi və  “Xocalı” soyqırımı ilə bağlı geniş ictimaiyyətin iştirakı ilə  anım mərasimləri keçirilmişdir.

O cümlədən ictimai-humanitar sektorun təşkilatçılığı ilə “Kitab tutan əllər”, “Vergi nədir, vergi hara xərclənir” mövzusunda layihələr, Sağlamlıq günü, Tarixi abidələr günü, Zərifə xanım əliyevanın doğum günü, “Yol hərəkəti qaydaları”,  Uşaqların Beynəlxalq Müdafiəsi günü, Qurtuluş gününə həsr edilmiş tədbirlər, eləcə də “Narkomaniyaya yox deyək!” adlı dəyirmi masa və  gənclərlə görüş keçirilmişdir.

Binəqədi Rayon icra Hakimiyyəti Başçısı yanında şuranın “ictimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi”nə dair iş planına uyğun olaraq bələdiyyələrdə fəaliyyət göstərən Məhəllə Komitələrinin nüfuzlu şəxslərdən təşkil edilməklə yerli demokratiyanın inkişafına, geniş əhali kütləsinin idarəetmə prosesində iştirakına şərait yaratmaq məqsədi ilə Məhəllə Komitələri ilə işin səmərəliliyinin artırılması, yeniyetmə və gənclər arasında zərərli vərdişlərə meyl etmə hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin keçirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi, bələdiyyələri təmsil edən intelektual klubların yaradılması və onlar arasında intellektual yarışların keçirilməsi, əhalinin imtiyazlı, aztəminatlı həssas təbəqələrindən daxil olan müraciətlərə baxılarkən və onlar qəbul edilərkən həmin şəxslərə xüsusi diqqətlə yanaşılması, dövlətin aztəminatlı və imtiyazlı təbəqələr üçün verdiyi güzəştlərin mahiyyəti barədə və güzəştlərdən hansı şəkildə istifadə edə biləcəklərinin onlara izah işlərinin təkmilləşdirilməsi və digər məsələlərin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyə tərəfindən “Tədbirlər planı” hazırlanmışdır.

Həmin “Tədbirlər planı”nda digər tədbirlərlə yanaşı Ümumilli lider Heydər əliyev irsinin və ölkə başçısının fəaliyyətinin öyrənilməsinin təbliği, qurumlararası koordinasiyanın gücləndirilməsi və icra inzibatçılığının təkmilləşdirilməsi, gənclərlə iş, bədən tərbiyəsi və idmanın təşviqi və vətəndaşların müraciətlərinə baxılması sahəsində görüləcək işlər nəzərdə tutulur.

Görülən işlərə və eləcə də həyata keçirilən tədbirlərə baxmayaraq, görülən işlərdə, istər sakinlərə göstərilən qayğıda, istərsə də müraciətlərə baxılması istiqamətindəki işlərimizdə müəyyən çatışmazlıqlar mövcuddur. Sizi əmin edirəm ki, Biləcəri bələdiyyəsi qəsəbənin bütün sağlam qüvvələrini öz ətrafına toplayaraq, qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün bütün səy və bacarığına səfərbər edəcək və iş prosesini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.

 Hikmət Quliyev

Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri                                                                                          

ŞƏRHLƏR