“Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin ötən il ərzində büdcə gəlirlərinin həcmi 295.516 manat olub. Bu proqnozladırılan büdcə vəsaitinin 87 faizi deməkldir” –bu fikirləri adıçəkilən bələdiyyənin sədri Aytac əliyeva bildirib.
Sədrin sözlərinə görə, ötən il bələdiyyənin xərcləri 294. 383 manat olub.
Bu vəsaitin 125.103 əməklhaqqına, 77.694 manatı məişət tullantılarının daşınmasına, 30. 563 manatl abadlıq və yaşıllaşdırma işlərinə, 6.250 manatı isə maddi yardıma ayrılıb.
Hazırda bələdiyyənin 109.209 manat debitor, 82.852 manat isə kreditor borcu vardır.
Sədr sakinlərinə müraciət edərək bildirib ki, yerli vergilərinizi nə qədər tez ödəmiş olsanız, biz də bələdiyyə olaraq sizin qarşılşadığınız problemləri sürətlə həll etmiş olarıq.
Belediyye.info