"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin borcu 700 min manata çatır: CiDDi

--2017-12-12 / 15:51

Bələdiyyənin borcu artmaqdadır.  Bu günədək  Binəqədi rayon Biləcəri bələdiyyəsinin əvvəlki illərdən yığılıb qalmış 700  min manat borcu vardır.

Bələdiyyənin borcları barədə məsələyə aydınlıq gətirən bələdiyyə sədri Hikmət Quliyev  Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyənin ümumilikdə 693.733  manat borcu mövcuddur ki, onlardan Dövlət Sosial Müdafiə Fonduna 447.781 manat, (o cümlədən 138.834 manat peniya borcu) Həmkarlar Təşkilatına 16.098 manat, əmək haqqından gəlir vergisinə görə 16.357 manat, Silahlı Qüvvələr Fonduna 6.571 manat, bələdiyyənin qulluqçularına ödənilməmiş əmək haqqına görə 29.870 manat, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzvlük haqqına görə 2.700 manat, “Təmiz şəhər” ASC 127.829 manat, qazdan istifadəyə görə 2.423 manat, AtraBank ASC 37.637 manat və Bakı Hüquq şirkəti Mərkəzinə 3.000 manat olmuşdur.

Bu borclar bütövlükdə bələdiyyənin  2017-cü ilin sonunadək yığılıb qalmış borclardır.  Borcun  üst üstə  150 min  manatadək hissəsi borca görə hesablanmış  peniyadır.

Bələdiyyənin bu qədər borcunun yaranmasına əsas səbəb isə  2006-cı ildə qəsəbədə inşa edilən körpüylə bağlı olub.

Belə ki, həmin dövrdə körpünün inşasına bələdiyyə büdcəsindən bir milyon manatadək vəsait xərcləndiyindən digər istiqamətlər üzrə borcu silmək mümkün olmamışdır.

Bələdiyyə tərəfindən xərclənən vəsaitin  dövlət tərəfindən ödəniləcəyi deyilsə də bu günədək bələdiyyəyə bu borc ödənilməmiş qalıb.

Sədrin sözlərinə görə, bu gün bələdiyyənin əsas vəzifəsi bu borcların silinməsinə nail olmaqdır. Ancaq bütün cəhdlərə baxmayaraq hələ ki bu vəzifənin öhdəsindən gəlmək mümkün deyildir.

Sədrin fikrincə, əlaqədar təşkilatlar bu borcun silinməsiylə bağlı addımlar atmasa bələdiyyənin fəaliyyəti iflic vəziyyətə düşəcək.

Belediyye.info

 

ŞƏRHLƏR