"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin də təşkilatçılığı ilə Göytəpə şəhərində ağacəkmə aksiyası keçirilib

--2023-03-07 / 15:52

Ümummilli lider Heydər əliyevin 100 illik yubileyi münasibətilə Cəlilabadın Göytəpə şəhərində ağacəkmə aksiyası keçirilib. Belediyye.infoya bu barədə məlumat Göytəpə bələdiyyəsindən daxil olub.  Aksiya Göytəpə şəhərində yerləşən Heydər əliyev adına park-bulvarın ərazisində baş tutub. Aksiya zamanı Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Göytəpə bələdiyyəsinin birgə təşkilatçılığı ilə 300 ədəd şam ağacı əkilib.

əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Belediyye.info

ŞƏRHLƏR