Neftçala rayon Yenikənd bələdiyyəsinin sədri Eynulla ələkbərovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin bank hesabı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcu olduğundan bağlanıb. Hazırda yeddi min manat borc olduğunu deyən sədr az müddət ərzində borcun silinməsini tədricən başa çatdıracağını bildirdi. Borcun hansı səbəbdən yarandığına aydınlıq gətirən sədrin cavabı konkert oldu:
- Bizim bələdiyyə üç-Mayak, şirvanlı və Yenikənd bələdiyyəsinin birləşməsindən yaranıb. Bu borclarda məhz ləğv edilmiş bələdiyyənin təcrübəsizliyindən yaranıb. Hazırda bələdiyyə ərazisində 2700 sakin və 350 təsərrüfatımız var.
əsas məqsədimiz əhalidən vergilərin vaxtında toplanmasına çalışmaqdır.
Qeyd edək ki, Eynulla ələkbərov ilk dəfədir ki bələdiyyə üzvü seçilib.
Belediyye.info