Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, Azərbaycan Respublikası DiN Baş dövlət Yol Polis idarəsi ilə Biləcəri bələdiyyəsinin birgə əməkdaşlığı müsbət nəticə verib. Belə ki, Binəqədi şossesi-3 ünvanında yaşayan sakinlər tərəfindən Biləcəri bələdiyyəsinə edilən kollektiv müraciət əsasında DiN Baş dövlət Yol Polis idarəsi Biləcəri bələdiyyəsinin rəsmi müraciətinə cavab olaraq adıçəkilən ünvanda piyada keçid xətti və piyada yol nişanları quraşdırılıb. Bələdiyyənin müraciətinin yerinə yetirlilməsi nəticəsində sakinlərin təhlükəsizliyinə təminat artıb.
Məlumatda daha sonra Biləcəri bələdiyyəsi göstərilən diqqətə görə Azərbaycan Respublikası DiN Baş dövlət Yol Polis idarəsi rəhbərliyinə öz minnətdarlığını bildirib.
Belediyye.info