Tarixə çevrilən 2018-ci il ölkəmiz və xalqımız üçün uğurlu oldu. ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində irəliləyişlər baş verdi. Azərbaycan dünyada sayılıb-seçilən ölkə olduğunu bir daha sübut etdi.
Cənab Prezident ilham əliyevin dediyi kimi, “Bütün bu işləri görmək üçün güclü iqtisadiyyat lazımdır və bu iqtisadiyyat var. Məhz güclü iqtisadiyyat nəticəsində ölkədə sosial proqramların və yeni sosial infrastruktur layihələrinin həyata keçirilməsi davam edir.”
Məhz bu inkişaf Mingəçevir şəhərində özünü göstərir. Misal üçün, şəhərə Xaldan istiqamətində giriş qapısı, yeni salınmış məcburi köçkünlər üçün qəsəbə, möhtəşəm Heydər əliyev Mərkəzi, Dram teatr binası, Böyük vətən müharibəsini təsil edən Abidə, Asan Həyat kompleksi, Gənclər evi, Sənaye Parkı, istilik Elektrik Stansiyası, su elektrik stansiyası, Kür çayının kənarındakı Sahil parkı, şəhərin Gəncə yolu istiqamətindəki giriş hissəsi.
Bələdiyyələr də bu inkişafdan geri qalmır, dövlət dəstəyinə arxalanaraq, imkan və səlahiyyətləri daxilində yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf və ekoloji proqramları uğurla həyata keçirirlər. Mingəçevir bələdiyyəsi olaraq çalışırıq ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşaq və onların narahat edən məsələlərin həllinə vaxtında nail olaq. Bu məqsədlə hesabat dövründə bələdiyyə sədri tərəfindən 1575 nəfərin fərdi şəkildə qəbulları aparılmış, bələdiyyə üzvləri ilə birgə keçirilən 26 səyyari görüşdə 1500 yaxın sakinlər iştirak etmişlər. Səyyar görüşlərin keçirilməsi ilə bağlı Məhəllə Komitələri vasitəsilə əhalinin sıx toplaşdığı yerlədə eləcədə xəbər saytızda əvvəlcədən elanlar yerləşdirilmişdir.
əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də bələdiyyə tərəfindən şəhər ərazisində abadlaşdırma, təmir-tikinti və yaşıllaşdırma işləri davam etdirlmişdir. Sakinlərin kollektiv müraciətlərinə əsasən 50 məhəllə üçün 150 ədəd müasir oturacaqlar hazırlanmış, şəhid Cəmil əliyevin adını daşıyan küçədə xatirə kompleksi tikilmiş, Naxçıvan küçəsində 2 ədəd avtobus dayanacağı quraşdırılmış, Nərimanov prospekti 41, 43, 45 ünvanları üzrə «Nümunəvi Məhəllə» kompleksi yardılmış, A.Məmmədorv və 20 Yanvar küçələrinin kəsişməsindəki parka fəvvarə kompleksi yaradılmış, oturacaqlar qoyulmuş, işıqlanma üçün dirəklər basdırılmış, ərazilərdə yaşıllıq və üşaqların əylənməsi üçün qurğular quraşdırılmış, yaşlı insanlar üçün ən münasib şərait yaradılmışdır. Yeniyetmələrin futbol yarışmaları keçirməsi üçün ministadion tikilmiş, əraziyə yeni asfalt örtüyü salınmışdır.
Ümumən 2018-ci ildə bələdiyyənin yerli büdcəsindən müxtəlif xarakterli sosial-iqtisadi və ekoloji layihələrin icrasına 159.010 manat vəsait xərclənmişdir.
Qeyd edək ki, «Nümunəvi Məhəllə» kompleksi sakinlər tərəfindən yüksək qiymətləndirildiyindən, belə layihələrin icrası ilə bağlı Məhəllə Komitələrimizdən yeni müraciətlər daxil olmaqdadır. Məlumat üçün bildirim ki, hal-hazırda 20 Yanvar küçəsindəki 18, 20 və 22 saylı binaların qarşısındakı ərazidə də «Nümunəvi Məhəllə» kompleksi yaradılmasına başlamışıq.
Hesabat dövründə imtiyazlı şəxslərdən 29 şəhid ailəsinin, 23 Qarabağ Müharibəsi əlilinin, 11 hərbiçinin, 9 müharibə veteranının müraciətləri özün müsbət həllini tapmışdır. ənənəvi bayramlarda Lal və Karlar Cəmiyyəti idarə Heyətinin Mingəçevir şəhər Rayonlararası şöbəsinə, Mingəçevir şəhər əlillər Cəmiyyətinə, əfqanıstan Veteranları ittifaqı Mingəçevir şəhər filialına maddi yardımlar göstərilmiş, 87 nəfər kimsəsizin dəfn mərasimi təmənnasız olaraq bələdiyyənin hesabına həyata keçirilmişdir.
Vacib hesab etdiyimiz məsələlərdən biri də əhalinin məşğulluğunun artırılmasıdır. Bu mənada keçən il sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 68 nəfərin mövsümi ictimai-iaşə xidməti ilə məşğul olmasına bələdiyyə dəstəyi göstərilmiş, bələdiyyənin qərarı və müsabiqə yolu ilə 3 nəfərin mülkiyyətinə, 1 nəfərin icarəsinə torpaq sahəsi ayrılmışdır.
Bütün bunlar hesabat ilində gördüyümüz və demək istədiyimiz işlərin yalnız bir hissəsidir.
Prioritetləri qiymətləndirərkən apardığımız sosialoji tədqiqatlarımız onu göstərir ki, bu gün Mingəçevir bələdiyyəsi ərazidə yaşayan sakinlərlə 18 istiqamətdə iş aparır.
Təbiidir ki, bələdiyyənin effektiv fəaliyyəti ilk növbədə onun iqtisadi potensialının hansı səviyyədə olmasından asılı olan bir məsələdir. Ona görə də biz, daim yeni yollar axtarışındayıq. ilk növbədə qanunların verdiyi səlahiyyətlərdən səmərəli istifadə etməyə çalışırıq.
Məlumat üçün bildirim ki, hesabat ilində əhalinin məşğulluğunu eləcədə bələdiyyənin dayanıqlı gəlir mənbəyini genişləndirmək üçün dövlət büdcəsindən ayrılan subvensiyalarla bağlı Maliyyə Nazirliyinə müraciət etdik.
Fürsət düşmüşkən Mingəçevir bələdiyyəsi adından müraciətimizə müsbət cavab verilməsinə və layihənin reallaşmasına əməyini sərf etmiş bütün qurumlara və şəxslərə minnətdarlığımı bildirirəm.
Qısa olaraq nəzərinizə çatdırım ki, şəhərimizin 25 min əhalisi olan, Az.iES qəsəbəsində 12 sot torpaq sahəsində dəyəri 171.000 manat olan “Bələdiyyə bazarı” layihəsinə start verilmişdir. 70 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulan “Bələdiyyə bazarı” bütün infarstrukturları nəzərə alınmaqla ən müasir tələblərə cavab verən yeni bir iş yeri olacaqdır. Layihə üzrə nəzərdə xidmət sahəsində avtonəqliyyat vasitələrinin dayanacağının da tikilməsi həyata keçiriləcəkdir ki, buradan da dayanıqlı gəlir əldə olunmasını planlaşdırırıq.
Onu da bildirim ki, kollegiallığın və şəffaflığın təmin olunması üçün bələdiyyə üzvlərindən 5 nəfər infrastruktur üzrə idarəçiliyi həyata keçirəcək, mühafizə və digər xidmətlərin təşkili ilə məşğul olacaqlar.
Acığını bizim bununla kifayətlənmək fikrimiz yoxdur. Düşünürəm ki, dövlətimiz daha da möhkəmləndikcə bələdiyyələrimiz yalnız dayanıqlı gəlir gətirən müəssisə və xidmət sahələrinin maliyyələşməsi üçün yeni layihələr hazırlayıb hökümət orqanlarına müraciət etməlidirlər.
əlavə olaraq, artıq mərasim zalının tikintisi üçün subvensiya ayrılması ilə əlaqədar lazım orqanlara müraciət olunmuşdur.
Çıxışımın sonunda əsas maliyyə mənbələrindən biri olan mədən vergisinin azalması ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Səbəb qum-çınqıl karxanalarında yoxlamalar aparılması və bəzilərinin tamamilə bağlanmasıdır.
Bələdiyyə mülkiyyətində olan torpaqların kateqoriyalarının dəyişdirilməsi və vətəndaşların mülkiyyətinə verilməsi ilə bağlı olan problemlər də işimizi xeyli geri salır.
Digər bir məsələ.
Ölkə bələdiyyələri üçün xarakterik sayılan, bələdiyyə mülkyyətində olan sahələrdən reklam rüsumlarının daxil olmamasından danışmaq da yerinə düşər.
Dövlət Reklam Agentliyi yaradıldıqdan sonra, reklam rüsumlarından daxil vəsaitin 10 faizinin yerli büdcələrə qaytarılmaması başa düşülən deyil.
Bu sahədə o qədər sistemsizlik vardır ki, yeni yaradılmış qurum müraciətlərimizə belə məhəl qoymur. Ona görə də səlahiyyətli şəxşlərdən bələdiyyələr adından xahiş edirəm ki, məsələ qısa zaman kəsiyində birdəfəlik həll olunsun.
Son olaraq Assosiasiya sədrnin hesabatının qənaətbəxş və Nəzarət-təftiş komissiyasının hesabatının qəbul olunmasını təklif edirəm.
Coşqun ABDULLAYEV
Mingəçevir bələdiyyəsinin sədri