Masallı rayon ərkivan qəsəbə bələdiyyəsinin sədri Anar Rəcəbov sədri olduğu bələdiyyənin fəaliyyəti barədə öz düşüncələrini bölüşür:
“Çalışırıq ki, heç kim bizdən narazı qalmasın”
- ərkivan bələdiyyəsinin inzibati ərazisində 9 min nəfərə yaxın seçici yaşayır. Gördüyümüz işlər də, hədəflərimiz də genişdir. Bu gün təhsilə, idmana və abadlığa da ciddi diqqət yetiririk. Hazırda bələdiyyə sədri kimi vaxtımızın çoxu şikayət və müraciətlərin araşdırılmasına və onun həllinə gedir. Çalışırıq ki, heç kim bizdən narazı qalmasın.
“Aztəminatlı ailələrə güzəştlər tətbiq etmişik”
- ilk işlərimizdən biri qəsəbədə Mənzil Kommunal Xidməti yaratmaq oldu. Qəsəbənin ərazisində 650 zibil çəlləyi yerləşdirmişik. Həftədə bir dəfə həmin zibillər müqavilə bağladığımız zibil maşını ilə daşınır. Vətəndaşlar buna görə ayda 3 manat ödəyir. Aztəminatlı ailələrə bu sahədə bələdiyyə iclasının qərarıyla güzəştlər tətbiq etmişik. əvvəlki vaxtlarda çətinlik yaransa da, indi bu işlər tam yoluna düşüb. Yəni, zibillərin toplanmasında və daşınmasında heç bir problem yoxdur.
“ideoloji işə ciddi diqqət yetiririk”
- Məlum olduğu kimi qəsəbənin ərazisi geniş və əhalisi çoxdur. Buradakı problemlərin həllini sürətləndirmək məqsədiylə məhəllə komitələri və icmalar yaratmışıq. Abbaslı-isoba-Göllü icması bu sahədə daha fəaldır. Həmin icmanın eyni adlı Facebook səhifəsi də vardır. Bu sahədə işlərimizi daha da genişləndirəcəyik. işimizdə aşkarlığı təmin etmək üçün “Arkivan.az” saytının fəaliyyətini bələdiyyənin təşəbbüsü ilə bərpa etmişik. Gördüyümüz və görəcəyimiz işlər barədə bu sayt vasitəsi ilə məlumat verəcəyik. Saytın redaktoru “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir əmənovdur. Siz saytla bağlı arzu və təkliflərinizi ona bildirə bilərsiniz.
““ərkivan” futbol komandasına dəstək veririk”
- ən uğurlu işlərimizdən biri bizim maliyyə dəstəyi ilə qəsəbədə fəaliyyət göstər “ərkivan” futbol komandasıdır. Komandanın bütün maliyyə xərclərini öz üzərimizə götürmüşük. Hazırda komanda ölkənin Həvəskarlar liqasında çıxış edir. Onun da xatırladaq ki bu liqada cənub bölgəsindən 2 komanda - Boradigah və ərkivan qəsəbələrinin komandaları çıxış edir.
“Fəaliyyətimizdən hələ razı qala bilmirik...”
- Su-kanalizasi xəttinin çəkilişi ilə bağlı qəsəbə daxili yollarda xeyli qazıntı işləri aparılıb. indi bizim əsas işlərimizdən biri bu yolları abadlaşdırmaqdır. Təkcə on vaxtlar Qəsəbə ərazisində 1 km-ə yaxın yola çınqıl tökülüb.
“əsas problem vergilərin normal yığılmamasıdır”
- Məlum olduğu kimi bələdiyyə yerli özünü idarə təşkilatıdır. Büdcəmizə yerli vergilərdən, icarə haqqından nə qədər çox pul daxil olsa, daha çox iş görə bilərik.
Elə ən ciddi problem də vergilərin normal yığılmamasıdır. Təxmini hesablamalara görə biz hər il 55-60 min torpaq vergisi yığmalıyıq, bunun heç 10 faizi də yığılmır. Bələdiyyədən umub-küsənlər çox, yardım edənlər azdır. Normal büdcəmiz olsa, ona da uyğun iş görə bilərik. Məsələn, 1 hektara görə pay torpağı üçün təxminən ildə 8 manat pul, həyətyanı torpaq sahəsinin 1 sotu üçünsə ildə 3 manat 60 qəpik ödənməlidir. Amma çox təəssüf ki, 1 il ərzində payı bəlli torpağa görə cəmi 450 manat, həyətyanı torpağa görə isə 148 manat ödənilib. Bu barədə cədvəllər sayta yerləşdiriləcək və bəlli olacaq ki, kimlər vergidən yayınır.
Təəssüüf ki, vergilərin toplanması sahəsində normal mexanizm yoxdur. Qanunla biz vergi ödəməyənləri məhkəməyə verməliyik. Belə çıxır ki, biz 5 mindən artıq ailəni məhkəmələrə çəkməliyik.
Təkilflər
- Yaxşı olar ki, əkin-biçin üçün vətəndaşlara subsidiya veriləndə həmin şəxsin torpaq vergisi verib-vermədiyi araşdırılsın və vergi ödənməyibsə, həmin pul ona verilən yardımdan çıxılsın.
- Bələdiyyə büdcəsini artırmaq üçün çoxlu yollar var. Belə ki, ərazidəki ticarət şəbəkələrindən, eləcə də texniki baxışdan keçən avtomobillər üçün tutulan rüsumlardan bələdiyyələr üçün də vəsait ayrılsın.Qarşıdakı hədəflərimiz isə genişdir. Belə ki, Bakıda alitəhsil alan qızlarımız üçün bələdiyyə hesabına mənzil kirayələmək, 600-dən artıq bal toplayan tələbələri mükafatlandırmaq üçün imkanlar arayırıq. Yeri gəlmişkən, qəsəbə ziyalılarından xahiş edirik ki, Arkivan.az saytına materiallar hazırlanmasında onun yaradıcılarına yardımçı olsunlar. Biz bu sayt vasitəsi ilə sizinlə tez-tez görüşəcəyik.http://arkivan.az/index.php?newsid=120