Bərdə bələdiyyəsi də rayonda aparılan tikinti-abadlıq işlərində yaxından iştirak etmiş, yerli məsələlərin həlli üçün bütün imkanlardan istifadə edilməsi üçün cəhd göstərmişdir.
2017-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 177.643 manat olmuşdur. Büdcə gəlirləri aşağıdakı mənbələrdən formalaşıb: icarəyə verilmiş torpaqlardan icarə haqqından 41.992 manat, fiziki şəxslərdən əmlak vergisindən 40.214.9 manat, fiziki şəxslərdən torpaq vergisindən 7.097 manat, bələdiyyə torpaq satışından 15.783.2 manat, mədən vergisindən 3.400 manat, sığorta şirkətlərindən 523 manat, dayanacaqlardan 361 manat, küçə reklamlarının vergisindən və yerləşdirilməsindən 59.772.2 manat vəsait toplanmışdır.
Bunlardan əlavə, dövlət büdcəsindən Bərdə bələdiyyəsinə 8500 manat dotasiya ayrılmışdır. Həmçinin 2016-cı ilin büdcə qalığı 940.7 manat təşkil edir.
il ərzində vergilərin yığılmasında ən çox irəliləyiş fiziki və hüquqi şəxslərdən toplanan əmlak, torpaq və reklam vergisi ödənişində müşahidə edilibdir.
2017-ci ildə bələdiyyə büdcəsindən 177.968.8 manat vəsait xərclənib. əmək haqqı və onunla bağlı sair ödəmələrə 78.539.10 manat, abadlaşdırma işlərinə 62.788 manat, maddi yardımlara 2.890 manat, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 683 manat, nəqliyyat xidmətlərinə 4200 manat, bank xidmətlərinə 1088.4 manat, poçt xidmətlərinə 4336.3 manat, kommunal xidmətlərinə (elektrik enerjisi, rabitə xidmətlərinə və H.əliyev parkının işıqlandırılmasına ) 8312.2 manat , şəhər bələdiyyələri Milli Assosiasiyasına üzvlük haqqına 1200 manat, Bərdə rayon məhkəməsinin 12dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən Bağırov Rəşad Rəhman oğluna 2422 manat, YAP rayon təşkilatının üzvlük haqqına 270 manat, gəlir vergisi, məzuniyyət və s. 11.239.8 manat vəsait sərf olunub.
2018-ci ilin büdcə qalığı 615.2 manat təşkil edir . illik əməyin ödəniş fondu ümumi xərclərin 44.2%-ni təşkil edib.
Məlumunuz olduğu kimi bələdiyyəyə bu günə qədər torpaqlar üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmamışdır. Lakin bizdə olan məlumata əsasən bələdiyyənin mülkiyyətində 157.75 ha torpaq sahəsi vardır. O cümlədən bələdiyyənin mülkiyyətində qəbirsanlıq 9.91 ha, asvalt yollar 4.63 ha, küçə və meydançalar 101 ha, torpaq yollar 1.95 ha və Tərtər çayı 40.30 ha torpaq sahəsi vardır. Bələdiyyənin perspektiv inkişaf fonduna torpaq sahəsi yoxdur. Bundan əlavə bələdiyyə mülkiyyətində daşınan əmlak olaraq 2 ədəd xidməti avtomobili vardır. Qeyd olunanlardan başqa bələdiyyə mülkiyyətində daşınan və daşınmaz əmlak yoxdur.
Ötən ildə torpaq sahəsi ayrılması proseduruna başlanılmış bir sıra işlər yekunlaşdırılmışdır. Fərdi mənzil tikintisi üçün torpaq sahəsinin alqı-satqısı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında yekun qərarlar verilib. Fərdi mənzil tikintisi üçün 6556 kvm ölçüdə torpaq sahəsi alqı-satqı yolu ilə 13 nəfərin mülkiyyətinə verilmişdir.1 nəfər şəhid ailəsinə 470 kvm, 9 nəfərə 3968 kvm bilavasitə və 3 nəfərə isə 1118 kvm müsabiqə yolu ilə mülkiyyətə verilmişdir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 3 nəfərə 277.4 kvm torpaq sahəsi müsabiqə yolu ilə mülkiyyətə verilmişdir.
il ərzində bələdiyyə ərazisindəki park, bağ, küçə və yolların təmiri və abadlaşdırılmasına ümumilikdə 62.788 manat xərclənib. Belə ki, şəhərin H.əliyev prospektində 154 ədəd taxta qapılarının rənglənməsi, Yeni Yaşayış massivi, C.Cabbarlı, M.Cəfərov, Gəncə, ş.Mürvət, E.əsədov, Səttərxan, Füzuli, M.F.Axundov və M.ə.Sabir küçələrində yolların hamarlanması və şebenlə örtülməsi, sağ və sol hissəsindəki alaq otlarının biçilməsi və nəqliyyatın gediş gəlişinə maneçilik törədən iri ağacların budanması, Ata-Türk, B.Hacıyev, M.Hüseynzadə, R.Rza, M.P.Vaqif, şəhriyar, Qarabağ, Məhsəti, Bakıxanov, H.Cavid və Xəqani küçələrində yolların hamarlanması və şebenlə örtülməsi, düzəlməsi, yolların sağ və sol hissəsindəki alaq otlarının biçilməsi, N.Hikmət, Z.Balıyev, X.Məmmədov, A.Vəzirov, ş.ismayılov, ə.ədilov, R.ismayılov, F.B.Köçərli və Babək küçələrində yol kənarı və bardurların təmiri, yollarının hamarlanması, şeben və atseplə təmiri və küçənin alaq otlarından təmizlənməsi kimi işlər görülmüşdür. Ötən il məhəllə komitələri ilə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Bir neçə məhəllə komitəsində hesabat yığıncaqları keçirilib. Bələdiyyədə məhəllə komitələrinin fəalları ilə əmlak vergisinin ödənilməsi, küçə yollarının təmir olunması və s. mövzularda məlumatlandırma seminarları keçirilib. Məhəllə komitələrinin müraciətləri diqqət mərkəzində olub. Bələdiyyənin önəm verdiyi istiqamətlərdən ən vacibi imkansız və kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, material, ərzaq yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində həyata keçirilir. Məhəllə komitələrinin müraciətləri və sakinlərin fərdi müraciətləri əsasında bələdiyyədə imkansız ailələrin siyahısı hazırlanıb. Ötən il 1 nəfərə dəfn və yas mərasimlərinin keçirilməsinə kömək məqsədilə, 1 nəfər şəhid anasına gözünün müalicəsinə və 1 nəfərə evinin yandığı üçün maddi yardım göstərilib. 2017-ci ildə bələdiyyə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirib: 20 Yanvar–Ümumxalq Hüzn günü, 26 fevral Xocalı soyqırımı günü, Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May-Faşizm üzərində Qələbə günü, 26 iyun–Silahlı Qüvvələr günü, Mətbuat günü, Qurban bayramı, ulu öndər H.əliyevin anım günü, Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il şənliyndə müxtəlif səpgili tədbirlər reallaşdırılmışdır. Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bərdə Bələdiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə gözəgörünən irəliləyişlərə nail olmuşdur. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir.
Hakimiyyət orqanları, Kütləvi informasiya Vasitələri, Qeyri-Hökümət təşkilatları, məhəllə komitələri ilə qarşılıqlı münaisbətlər qurulmuşdur. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq var və fəaliyyətimizdə daim bu məqamlara riayət olunur.
Sadiq Xəlilov
Bərdə bələdiyyəsinin sədri