"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilməlidir

--2022-12-20 / 17:21

Azərbaycanın qısa müddət ərzində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident ilham əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir.

Müzəffər Ali Baş Komandan, Prezident ilham əliyev diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalından azad edərək Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifinə çevrilib. Düşünülmüş, qətiyyətli və uzaq görən siyasət nəticəsində ölkəmiz ötən 19 ildə mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub, qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib.

Ölkəmizdə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarına da öz təsirini göstərməkdədir. Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub.

Bildirmək istəyirəm ki, respublikanın bütün bölgələrində və bütün yaşayış məntəqələrində olduğu kimi Gəncə şəhərində də irimiqyaslı layihələr həyata keçirilir və hazırda işlər planlı şəkildə davam etdirilir. Bütün bu işlər cənab Prezidentimizin birbaşa tapşırıqları əsasında bir hədəfə – respublikamızın sakinlərinin sosial rifahının yüksəldilməsinə, rahat və etibarlı güzəranlarının yaxşılaşmasına hesablanıb.

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman sakinlərimizin problemlərini dinləmək, onların qayğıları ilə maraqlanmaq işimizin əsas meyarıdır. Cəmiyyətimizin sosia l- iqtisadi həyatında mövcud olan inkişaf dinamikasında rəhbərlik etdiyim Kəpəz bələdiyyəsinin də azda olsa müəyyən rolu olmuşdur. Bu inkişafı konkret sahələr üzrə və rəqəmlərlə sizin nəzərinizə çatdırmaq istəyirəm

 

Hesabat dövründə ərazidə sistemli olaraq 20 Yanvar günü, Novruz bayramı, Zəfər bayramı, Anım günü hörmətlə yad edilmiş, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi əziz tutulmuş, bələdiyyə qulluqçuları ilə birlikdə şəhidlər Xiyabanında onların məzarları ziyarət edilərək əklil və gül dəstələri qoyulmuş, ailələri ilə görüşlər keçirilmiş, onların qayğı və maraqlarına böyük diqqət ayrılmışdır.

Azərbaycan Respublikasının ərazilərinin erməni işğalından azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yaralanmış qazilər, həmçinin şəhid ailələri daim diqqət mərkəzində olmuşdur. Kəpəz bələdiyyəsinin üzvləri və qulluqçuları tərəfindən mütəmadi olaraq şəhid ailələri və qazilər ziyarət edilmiş, onların sosial problemləri öyrənilmişdir. Bələdiyyənin səlahiyyətinə aid olan məsələlər öz həllini tapmış, səlahiyyətə aid olmayan məsələlər isə aidiyyətı üzrə həll edilməsi üçün idarə və təşkilatlara yönləndirilmişdir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 1404 ərizə və məktub daxil olmuşdur. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Mən çıxışımda Kəpəz bələdiyyəsinin öz fəaliyyəti haqqında Sizə məlumat verərkən, bu işdə bizə müvafiq köməkdarlıqlar edən, lazımı tövsiyə və istiqamətlər göstərən şəhər bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətini qeyd etməyə bilmərəm. Belə ki, 2016- cı ilin sonunda Assosiyasiyanın nəzdində yaradılmış Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı bələdiyyələrdə, o cümlədən bizdə vergi və ödəniş ödəyicilərinin uçota alınması, vergi və ödənişlərin düzgün hesablanması, tədiyə bildirişlərinin düzgün və vaxtında çıxarılması, statistik məlumatların dəqiq təhlil edilməsində çox böyük köməyi dəymişdir. Bu səbəbdən BAMS proqramında düzgün uçotun qurulması hesabına vergi və ödənişlərdən daxilolmalar artmış, gəlir və xərclərə nəzarət asanlaşmış, şəffaflıq təmin olunmuşdur.  

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilmiş, real gəlir mənbələri müəyyənləşmiş, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Hesabat ili dövründə bələdiyyənin inzibati ərazisində BAMS sistemi üzrə qeydiyyata alınmış 29 429 təsərrüfat subyektləri mövcuddur və abonentlərin sistemə daxil edilməsi prosesi mütəmadi olaraq davam etdirilməkdədir.

Hesabat ilində Gəncə şəhər Kəpəz bələdiyyəsinin təsdiq edilmiş büdcə gəlirləri 678 583 manat təşkil etmiş və bunlar aşağıdakılardan ibarət olmuşdur:

  • Fiziki şəxslərdən əmlak vergisi – 162 428 manat
  •  Fiziki şəxslərdən torpaq vergisi – 79 360 manat
  •  Torpaq satışı – 232 708 manat
  •  icarəyə verilmiş torpaqların icarə haqqı – 41 958 manat
  • Nəqliyyat vasitələrinin müvəqqəti dayanacaqları üçün ödənişi –17 195 manat
  • Dövlət büdcəsindən verilən dotasiya – 62 000 manat
  • Dəfn və mərasim xidmətlərinə görə ödənişlər – 37 749 manat
  • Bələdiyyənin digər fəaliyyətindən – 45 185 manat

 

Hesabat ilində bələdiyyənin təsdiq edilmiş xərcləri isə 632 221 manat təşkil etmişdir.

Hesabat ilində Kəpəz bələdiyyəsinin büdcəsindən maddi yardım, dəfn və mərasim xidmətlərinin təşkili, müavinətlərin verilməsi, sosial-mədəni və xeyriyyə tədbirlərinin keçirilməsi, abadlıq-təmizlik və tikinti-təmir işlərinin görülməsi məqsədilə 230 479 manat xərclənmişdir və bunlar aşağıdakılardan ibarət olmuşdur:

2022-ci ildə Kəpəz bələdiyyəsi tərəfindən şəhid ailələrinə ümumilikdə 8 960 manat, 2-ci Qarabağ müharibəsi qazilərinə ümumilikdə 8 260 manat, müharibə iştirakçılarına isə 6 940 manat maddi yardım verilmişdir.

şəhid ailələrinin müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan Bayramov Rəhman Dilican oğlunun, əsədli əsəd Mahir oğlunun, Məmmədov Sadəddin Zirəddin oğlunun, Abdullayev Yusif Məmməd oğlunun, Mirzəyev Hüseyn Elsevər oğlunun, əliyev Cavid Samir oğlunun, Mehralıyev Rövşən Aftandil oğlunun və Qurbanov Qurban Rəhim oğlunun mərmər daş üzərində portret-lövhələri yaşadıqları evlərə və ya xatirə komplekslərinə vurulmuş və bunun üçün bələdiyyə büdcəsindən 2 300 manat vəsait xərclənmişdir.

12-13 sentyabr 2022-ci il tarixində sərhəddə erməni təxribatı nəticəsində şəhid olmuş hərbi qulluqçu Hüseynov Erkin ədalət oğlunun qəbirüstü abidəsinin hazırlanması və dəfn mərasimi xərclərinin qarşılanması üçün şəhidin ailəsinə 2 300 manat dəyərində maddi köməklik göstərilmişdir. Gəncə şəhəri, Hərbi şəhərcik-83 ünvanında şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ehsan bulağı inşa edilmiş, 2 ədəd oturacaq qoyulmuş və bulağın açılışında ehsan süfrəsi təşkil olunmuşdur.

2022-ci ildə Kəpəz bələdiyyəsi tərəfindən 22 imtiyazlı şəxsə 0,9545 ha torpaq sahəsi verilmişdir:

v şəhid ailəsi – 14 nəfər;

v Qarabağ müharibəsi əlili – 6 nəfər;

v Ehtiyyatda olan hərbi qulluqçu – 2 nəfər.

 

Vətəndaşların müraciətinə əsasən 1-ci mikrorayon, 10 saylı yaşayış binasının həyətyanı sahəsində “Nümunəvi Məhəllə”nin yaradılmasına 48 949 manat vəsait xərclənmişdir. Binanın həyətyanı ərazisinə asfalt, tamet döşənilmış, bardür və işıq dirəkləri quraşdırılmış, məhəllənin tullantılardan təmizlənməsi üçün əraziyə yeni məişət tullantı qabları yerləşdirilmişdir. Burada sakinlərin istirahəti üçün uşaq meydançası yaradılmış, söhbətgahlar və oturacaqlar quraşdırılmışdır.

4-cü mikrorayon, 6 nömrəli və Nizami Gəncəvi prospekti 1/1, 14 və 16 nömrəli çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının qarşısında sakinlər tərəfindən inşa edilmiş 2 mərasim zalının əsaslı təmir edilməsinə 28 642 manat vəsait xərclənmişdir.

Hesabat ili dövründə Nizami məqbərəsində, Heydər əliyev parkında Kəpəz bələdiyyəsinin xidmət etdiyi yaşıllıq zonasında suvarılma xətti təmir edilmiş, ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.

Kəpəz bələdiyyəsinin təşkilatçılığı ilə “imamzadə” qəbiristanlığında ümumşəhər iməciliyi keçirilmiş, məzarların ətrafı qurumuş alaq otlarından təmizlənmiş, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılmışdır, ağac və gül kollarına aqrotexniki qulluq göstərilmiş, ərazidə yerləşən bulaqların su ilə təchizatı problemi öz həllini tapmışdır.

Cari ildə beynəlxalq əməkdaşlıq sahəsində Avropa ittifaqının “iqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” təşəbbüsünə qoşulan Kəpəz bələdiyyəsi layihə çərçivəsində müxtəlif tədbirlərdə iştirak etmişdir.

Elektron xidmətlərin inkişaf etdirilməsi və elektron informasiya bazasının yaradılması məqsədi ilə Kəpəz bələdiyyəsi tərəfindən “Elektron Bələdiyyə” layihəsi həyata keçirilmişdir. Bu layihə çərçivəsində Kəpəz bələdiyyəsinin http://kepez.bel.az/ rəsmi saytında hesabat dövründə bələdiyyənin gördüyü işlər, inzibati aktları, maliyyə hesabatları və fəaliyyətini əks etdirən digər məlumatlar yerləşdirilmişdir.

Mən çıxışmın sonunda yğıncaq iştirakçılarını əmin etmək istəyirəm ki, Kəpəz bələdiyyəsinin əməkdaşları bundan sonra da ölkəmizin tərəqqisi yolunda və doğma Gəncəmizin çiçəklənməsi istiqamətində bütün qüvvə və imkanlarından səmərəli istifadə edəcəkdir.

Yaşar Abdullayev

Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri                                          

ŞƏRHLƏR