Kəpəz bələdiyyəsi tərəfindən 2022-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilmiş hesabatın təsdiqi
****
Gəncə şəhərində yerli özünüidarəni həyata keçirən bələdiyyələrdən biri olan Kəpəz bələdiyyəsi öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, digər normativ - hüquqi aktlara əsasən qurur və işini seçicilərin arzu və təkliflərinə, bələdiyyə iclaslarında qəbul edilmiş yerli proqramlara müvafiq müəyyənləşdirərək həyata keçirməkdədir.
Hesabat dövründə bələdiyyəyə müraciət etmiş şəhid ailələri, mühairbə əlilləri və aztəminatlı ailələrə maddi yardım, dəfn və mərasim xidmətlərinin təşkilinə köməklik göstərilməsi, bayram və hüzn günlərinin qeyd edilməsi Kəpəz bələdiyyəsinin gündəlik fəaliyyətində başlıca yer tutmuşdur.
20 Yanvar günü, Novruz bayramı, Zəfər bayramı, Anım günü və ildönümlərində Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi əziz tutulur, bələdiyyə qulluqçuları ilə birlikdə şəhidlər Xiyabanında onların məzarları ziyarət edilərək əklil və gül dəstələri qoyulmuş, ailələri ilə görüşlər keçirilmişdir.
Hesabat dövründə Kəpəz bələdiyyəsinin 25 iclası keçirilmiş, müxtəlif məsələlərin həllinə dair 659 qərar qəbul edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s.kimi məsələlər olmuşdur.
Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 1 455 ərizə və məktub daxil olmuşdur. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilmiş, real gəlir mənbələri müəyyənləşmiş, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Hesabat ili dövründə bələdiyyənin inzibati ərazisində BAMS sistemi üzrə qeydiyyata alınmış 29 618 təsərrüfat subyektləri mövcuddur və abonentlərin sistemə daxil edilməsi prosesi mütəmadi olaraq davam etdirilməkdədir.
Hesabat ilində Gəncə şəhəri Kəpəz bələdiyyəsinin təsdiq edilmiş büdcə gəlirləri 777 312 manat təşkil etmiş və bunlar aşağıdakılardan ibarət olmuşdur:
Hesabat ilində bələdiyyənin təsdiq edilmiş xərcləri isə 842 022 manat təşkil etmişdir.
Hesabat ilində Kəpəz bələdiyyəsinin büdcəsindən maddi yardım, dəfn və mərasim xidmətlərinin təşkili, müavinətlərin verilməsi, sosial-mədəni və xeyriyyə tədbirlərinin keçirilməsi, abadlıq-təmizlik və tikinti-təmir işlərinin görülməsi məqsədilə 254 800 manat xərclənmişdir və bunlar aşağıdakılardan ibarət olmuşdur:
Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yaralanmış qazilər, həmçinin şəhid ailələri daim diqqət mərkəzində olmuşdur. Kəpəz bələdiyyəsinin üzvləri və qulluqçuları tərəfindən mütəmadi olaraq şəhid ailələri və qazilər ziyarət edilmiş, onların sosial problemləri öyrənilmişdir. Bələdiyyənin səlahiyyətinə aid olan məsələlər öz həllini tapmış, səlahiyyətə aid olmayan məsələlər isə aidiyyatı üzrə həll edilməsi üçün idarə və təşkilatlara yönləndirilmişdir.
2022-ci ildə Kəpəz bələdiyyəsi tərəfindən şəhid ailələrinə ümumilikdə 9 310 manat, 2-ci Qarabağ müharibəsi qazilərinə ümumilikdə 9 060 manat, müharibə iştirakçılarına isə 7 040 manat maddi yardım verilmişdir.
2022-ci il 12-13 sentyabrda erməni hərbi təxribatı nəticəsində yaralanan hərbi qulluqçulara yardım göstərilməsi məqsədilə əliyev Emil Ehtiram oğlu, Həsənov Eltəkin Alik oğlu, Süleymanov Cavid Fərhad oğlu və Hacıyev Xəyal əlövsət oğlunun hər birinə 170 manat olmaqla cəmi 680 manatlıq ərzaq, hərbi hospitalda müalicə olunan 20 hərbi qulluqçunun hər birinə 30 manat olmaqla cəmi 600 manat qeyri-ərzaq mallarından ibarət bağlamalar alınmışdır. Bunun üçün bələdiyyə büdcəsindən ümumilikdə 1280 manat vəsait ayrılmışdır.
12-13 sentyabr 2022-ci il tarixində şəhid olmuş hərbi qulluqçu Hüseynov Erkin ədalət oğlunun qəbirüstü abidəsinin hazırlanması və dəfin mərasimi xərclərinin qarşılanması üçün şəhidin ailəsinə 2 300 manat dəyərində maddi köməklik göstərilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Axundov Eşqin intiqam oğlunun atası Axundov intiqam Nofəl oğlunun qəbirüstü tikilisinin hazırlanması xərclərinin ödənilməsi məqsədilə bələdiyyə büdcəsindən 1 500 manat vəsait xərclənmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhid əmrah Rajapov, Məmmədov ilkin Cəmil oğlu, Kazımov ilqar Nazim oğlu və Qasımov Nicat Elşən oğlunun xatirələrinə inşa edilmiş ehsan bulaqlarının yanına ümümi dəyəri 2 390 manat olmaqla 8 ədəd oturacaq qoyulmuşdur.
Gəncə şəhəri, Hərbi şəhərcik-83 ünvanında Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş ehsan bulağının yanına 2 ədəd oturacaq qoyulmuş və bulağın açılışında ehsan süfrəsinin təşkili üçün bələdiyyə büdcəsindən ümumilikdə 700 manat vəsait ayrılmışdır.
şəhid ailələrinin müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan Bayramov Rəhman Dilican oğlunun, əsədli əsəd Mahir oğlunun, Məmmədov Sadəddin Zirəddin oğlunun, Abdullayev Yusif Məmməd oğlunun, Mirzəyev Hüseyn Elsevər oğlunun, əliyev Cavid Samir oğlunun, Mehralıyev Rövşən Aftandil oğlunun və Qurbanov Qurban Rəhim oğlunun mərmər daş üzərində portret-lövhələri yaşadıqları evlərə və ya xatirə komplekslərinə vurulmuş və bunun üçün bələdiyyə büdcəsindən 2 300 manat vəsait xərclənmişdir.
şəhid Həsənov Səxavət Alim oğlunun adına olan bulağın yanındakı bələdiyyənin hesabına quraşdırılmış söhbətgaha stol düzəldilməsi üçün bələdiyyə büdcəsindən 330 manat vəsait ayrılmışdır.
şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə imamzadə kompleksində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin mərmər daş üzərində portret-lövhələri quraşdırılmışdır.
2022-ci ildə Kəpəz bələdiyyəsi tərəfindən 22 imtiyazlı şəxsə 0,9545 ha torpaq sahəsi verilmişdir:
v şəhid ailəsi – 14 nəfər;
v Qarabağ müharibəsi əlili – 6 nəfər;
v Ehtiyyatda olan hərbi qulluqçu – 2 nəfər.
Bələdiyyənin mülkiyyətində 1772,0 ha torpaq sahəsi vardır. Bundan 198,84 ha əkin, 49,47 ha örüş, 5,66 ha bələdiyyənin ehtiyat fonduna aiddir, perspektiv inkişaf fondu müəyyən edilməmişdir.
Hesabat ili dövründə Kəpəz bələdiyyəsi tərəfindən vətəndaşların istifadəsində olan fərdi yaşayış evinin tikintisi məqsədilə 4,8747 ha, sahibkarlıq məqsədilə 0,17 ha torpaq sahəsi mülkiyyət hüququ ilə onların adlarına rəsmiləşdirilmiş. icarəyə əkin məqsədilə 4,2643 ha torpaq sahəsi ayrılmışdır.
Vətəndaşların müraciətinə əsasən 1-ci mikrorayon, 10 saylı yaşayış binasının həyətyanı sahəsində “Nümunəvi Məhəllə”nin yaradılmasına 48 949 manat vəsait xərclənmişdir. Binanın həyətyanı ərazisinə asfalt, tamet döşənilmış, bardür və işıq dirəkləri quraşdırılmış, məhəllənin tullantılardan təmizlənməsi üçün əraziyə yeni məişət tullantı qabları yerləşdirilmişdir. Burada sakinlərin istirahəti üçün uşaq meydançası yaradılmış, söhbətgahlar və oturacaqlar quraşdırılmışdır.
Cari ildə Kəpəz bələdiyyəsinin nəznində “imamzadə dəfn xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyət(MMC) təsis edilmişdir.
4-cü mikrorayon, 6 nömrəli və Nizami Gəncəvi prospekti 1/1, 14 və 16 nömrəli çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının qarşısında sakinlər tərəfindən inşa edilmiş 2 mərasim zalının əsaslı təmir edilməsinə 28 642 manat vəsait xərclənmişdir.
Vətəndaşların müraciətinə əsasən 4-cü mikrorayon, 6 saylı yaşayış binasının həyatyanı sahəsində 2 ədəd oturacağın quraşdırılması üçün 500 manat vəsait ayrılmışdır.
“8 Noyabr-Zəfər Günü”nün və “9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nün qeyd edilməsi məqsədilə Heydər əliyev park-kompleksində, Zəfər Tağının önündə konsert proqramının təşkili üçün səhnə hazırlanmış, “Zəfər günü”nə həsr olunmuş banner quraşdırılmış, ərazi Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdir.
şəhərdə sahibsiz itlər probleminin həlli məqsədilə Atabəylər prospektində sahibsiz heyvanların saxlanılması üçün tikilən sığınacağa 5 323 manat məbləğində tikinti materialları ilə köməklik göstərilmişdir.
Hesabat ili dövründə Nizami Məqbərəsinində, Heydər əliyev parkında Kəpəz bələdiyyəsinin xidmət etdiyi yaşıllıq zonasında suvarılma xətti təmir edilmiş, ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmiş, alaq otları biçilmişdir.
Kəpəz bələdiyyəsinin təşkilatçılığı ilə “imamzadə” qəbiristanlığında ümumşəhər iməciliyi keçirilmiş, məzarların ətrafı qurumuş alaq otlarından təmizlənmiş, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılmışdır, ağac və gül kollarına aqrotexniki qulluq göstərilmiş, ərazidə yerləşən bulaqların su ilə təchizatı problemi öz həllini tapmışdır.
Cari ildə beynəlxalq əməkdaşlıq sahəsində Avropa ittifaqının “iqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” təşəbbüsünə qoşulan Kəpəz bələdiyyəsi layihə çərçivəsində müxtəlif tədbirlərdə iştirak etmişdir.
Elektron xidmətlərin inkişaf etdirilməsi və elektron informasiya bazasının yaradılması məqsədi ilə Kəpəz bələdiyyəsi tərəfindən “Elektron Bələdiyyə” layihəsi həyata keçirilmişdir. Bu layihə çərçivəsində Kəpəz bələdiyyəsinin http://kepez.bel.az/ rəsmi saytında hesabat dövründə bələdiyyənin gördüyü işlər, inzibati aktları, maliyyə hesabatları və fəaliyyətini əks etdirən digər məlumatlar yerləşdirilmişdir.
Gəncə şəhərində aparılan çoxsahəli, geniş quruculuq və abadlıq işlərində sosial-iqtisadi, ekoloji, mədəni və digər tədbirlərin həyata keçirilməsində Kəpəz bələdiyyəsi bundan sonra da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa, əhalinin sosial sifarişlərinin yerinə yetirilməsində özünüidarəni layiqincə təşkil edilməsinə çalışacaqdır.
Yaşar Abdullayev
Gəncə şəhəri Kəpəz
bələdiyyəsinin sədri: