Belediyye.infoya daxil olan sualı ədliyyə Nazirliyinin imişli regional idarəsinin rəisi Hakim Məmmədov cavablandırıb:
“Bələdiyyələrin vaxtından əvvəl buraxılması “Bələdiyyələrin statusu” haqqında Azərbaycan Respublikası Qanunun 22-2 maddəsində aydın şəkildə göstərilib. Belə ki, Qanunun həmin maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclis ona bu qanunun 52-2 maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatlarının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə MSK bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.
“Bələdiyyələrin statusu” haqqında Azərbaycan Respublikası Qanunun 52-2 maddəsinin 3-cü hissəsində isə göstərilir ki, bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyə iclaslarında təsdiq edilir.
Yerli əhalini tanış etmək məqsədiylə hesabat bələdiyyənin inzibati binasında xüsusi löhvələrdə yerləşdirilir, habelə elan, bülleten, yerli mətbuat, internet saytı və digər vasitələrdə əhaliyə çatdırılır.
Bələdiyyə seçicilərinə verdiyi hesabatı təsdiq etdikdən sonra on gün müddətinə bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla rəsmiləşdirilən yığıncaqda iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətinin qeyri-qənaətbxəş hesab edilməsinin lehinə səs verdikdə bu qərar qəbul edilir və yığıncağın protokolu bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Prortokolun forması və tərtibinə dair tələblər müvafiq icra orqanı tərəfindən müəyyən edilir.
Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan protokolu forma və tərtiblə bağlı tələblərə uyğunluq baxımından yoxlayır və uyğunsuzluq aşkar etdikdə protokolu geri qaytarır, uygunsuzluq aşkar etmədikdə isə 20 gün müddətində bələdiyyələrin hesabatı ilə birlikdə müvafiq icra hakimiyyətii orqanına göndərir. Müvafiq icra hakmiyyəti orqanı hesabat dövründə bələdiyyənin fəaliyyəti qeyri-qənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisə müraciət edir.
Belediyye.info