"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin memarı həbs edilib

--2015-06-26 / 19:03

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahəsinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə şübhəli bilinən daha iki nəfər saxlanılıb.

Modern.az saytı "report-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis idarəsi (BşBPi) əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı 7 saylı Mənzil Kommunal istismar Sahəsinin (MKiS) rəisi Quliyev Famil əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin memarı Etibar Məmmədov tutulub. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan qərarı qəbul edilib. E.Məmmədov və F.Quliyev istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, BşBPi əməkdaşlarının iyunun 15-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu da tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BşBPi-nin istintaq idarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 

Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı istintaq Təcridxanasında saxlanılır. T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etsələr də, dünən keçirilən prosesdə onun həbsdə saxlanılması barədə qərar çıxarılıb.

"Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident ilham əliyev ötən ay keçirdiyi müşavirədə Bakı şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Qeyd edək ki, həbs olunan şəxslərdən biri T.Hüseynov tanınmış rejissor xalq artisti Tofiq ismayılovun kürəkənidir.

http://modern.az/articles/80184/1/

ŞƏRHLƏR