Binəqədi rayon Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yaşayan bir qrup sakin Biləcəri bələdiyyəsinə müraciət edərək Y.Hüseynov küçəsi, 75b saylı binanın arxa hissəsindən keçən yolun kənarında quraşdırılmış dayanacağının qarşısında piyada keçidi xəttinin çəkilməsi və surəti azaldan maneələrin qoyulması ilə bağlı müraciətləri daxil olmuşdur.
Bələdiyədən daxil olan məlumata görə bununla əlaqədar Biləcəri bələdiyyəsinin rəhbərliyi həmin müraciəti aidiyyatı üzrə tədbir görülmək üçün Azərbaycan Respublikası DiN Baş Dövlət Yol Polisi idarəsinə ünvanlamışdır.
Azərbaycan Respublikası DiN Baş Dövlət Yol Polisi idarəsi hər zaman olduğu kimi operativlik göstərərək sakinlərimizin xahişini nəzərə almış, piyada keçidi nişanı və surəti azaldan maneələrin qoyulmasını təmin etmişdir.
Biləcəri bələdiyyəsi sakinlərin və bələdiyyənin müraciətini nəzərə alaraq köməklik göstərmiş DiN Baş Dövlət Yol Polisi idarəsinin rəhbərliyinə öz minnətdarlığını bildirir.
Belediyye.info