2017-ci ildə ölkədə formalaşan 1607 bələdiyyənin açıq məkanda reklamın yerləşdirliməsi və yayımı üçün ödənişin həcmi 200 min manat olub. Bu rəqəm əvvəlki illə müqayisədə 8 faiz azdır. Dövlət Statistika Komitəsindən daxil olan məlumatda qeyd edilir ki, bu rəqəmin 56 min manatını Bərdə bələdiyyəsi, 9.200 manatını Naxçıvan bələdiyyələri, 6.200 manatını Bakı bələdiyyələri, 6.300 manatını Ağstafa bələdiyyələri, 7.100 manatını Qazax bələdiyyələri , 4.100 manatını şəmkir bələdiyyələri, 5.000 manatını Tovuz bələdiyyələri, 500 manatını Balakən bələdiyyələri, 4.500 Qax bələdiyyələri, 500 manatını Qəbələ bələdiyyələri, 1.900 manatını Oğuz bələdiyyələri, 4.800 manatını şəki bələdiyyələri, 800 manatını Zakatala bələdiyyələri, 4.100 manatını Astara bələdiyyələri, 3.800 manatını Masallı bələdiyyələri,
2300 manatını şabran bələdiyyələri, 6.500 manatını Xaçmaz bələdiyyələri, 13.500 manatını Quba bələdiyyələri , 1.700 manatını Ağcabədi bələdiyyələri, 1.400 manatını Beyləqan bələdiyyələri, 9.200 manatını Göyçay bələdiyyələri, 400 manatını Hacıqabul bələdiyyələri, 1.700 manatını imişli bələdiyyələri, 2.900 manatını Neftçala bələdiyyələri 1700 manatını Sabirabad bələdiyyləri, 2.600 manatını Ucar bələdiyyələri, 6.800 manatını Yevlax bələdiyyələri, 3.800 manatını Ağsu bələdiyyələri, 6.500 manatını ismayıllı bələdiyyələri və 3.700 manatını şamaxı bələdiyyələri yığıblar.
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) yarandığından, hazırda bu istiqamət üzrə bələdiyyələrin büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmur.
Ancaq Nazirlər Kabinetinin qəbul etdiyi hüquqi sənədlərə görə, ADRA bələdiyyə mülkiyyətində olan ərazilərdə yığdığı maliyyə vəsaitinin 10 faizi miqdarında maliyyəni bələdiyyənin bank hesabına köçürməldir.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi(ADRA) Prezident ilham əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb.
Belediyye.info