Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədr müavini Jalə əhmədova əmək və əhalinin Sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmriylə Xəzər rayon Məşğulluq mərkəzinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Jalə əhmədova 1994-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtonəqliyyat” fakultəsinə qəbul olub.
Lakin, təhsili başa çatdırmadan, 1995-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakultəsinə qəbul olub və 2000-ci ildə təhsili bitirərək “Maliyyə və Kredit” ixtisasına yiyələnib.
01.09.1995-ci ildən 14.08.1998-ci ilədək Azərsənayexüsusitikintiquraşdırma” trestində mühasib kimi başlayıb.
14 ilə yaxın bir müddətdə Sosial Müdafiə mərkəzlərində və Dövlət Sosial müdaifə Fondunun yerli təşkilatlarında çalışıb.
2014-cü ildən bələdiyyə seçkilərinə qatılaraq J. əhmədova bələdiyyə üzvü, 2015-ci ilin yanvarında keçirilən bələdiyyəinin ilk iclasında bələdiyyənin sədr müavini seçilib.
Ötən il Azərbaycan Prezidenti ilham əliyevin sərəncamıyla respublikamızın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə münasibətilə J.əhmədova “Tərəqqi” medalı ilə təltif edilib.
P.S. Belediyye.info olaraq Jalə əhmədovanı təbrik edir və fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
Beeldiyye.info