Latviyanın paytaxtı Riqa şəhərində Texniki Universitetin təşkilatçılığı ilə V Beynəlxalq açıq şahmat festivalı keçirib. Dünyanın 38 ölkəsindən 199 qadın və kişi şahmatçısının iştirak etdiyi turnirdə iştirakçıların 35 nəfəri beynəlxalq dərəcəli qrossmeyster, 109 nəfəri isə digər yüksək titullu şahmatçılar olub. Yarışların 4 turu FiDE reytinqi əsasında klassik şahmat üzrə baş tutub.
Beynəlxalq reytinqinə görə 99-cu olan Sumqayıt Bələdiyyəsinin sədr müavini beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova bu yarışlarda inamla oynayaraq yarış cədvəli üzrə II-IV yerlərı bölüşdürüb. Bununla da həmyerlimiz festivalın gümüş medalına layiq görülüb. Qrossmeyster Zeynəb Məmmədyarova ABş, ingiltərə, Rusiya, Hollandiya və Latviyadan olan güclü rəqiblərinə qalib gələrək və bir oyunu heç-heçə başa vurub. Bununla da xanım Məmmədyarova reytinqini daha 20 punkt yüksəltməyə nail olub.
Turnirdə Zeynəbin kiçik bacısı, Azərbaycan və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster Türkan Məmmədyarova da öz qüvvəsini sınayıb.