"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin sədri və onun müavinləri hansı hallarda vaxtından əvvəl vəzifədən azad edilə bilər ? -CiDDi

--2018-06-28 / 11:44

1. Bələdiyyənin sədri və onun müavinləri hansı hallarda vaxtından əvvəl vəzifədən azad edilə bilər ?

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü bəndinə əsasən bələdiyyənin sədri və onun müavinləri öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə, bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə, bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla), əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə, qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə, qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl vəzifədən azad edilə bilər.

2. Bələdiyyə büdcəsindən pul vəsaiti hansı qaydada ayrılır?

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.

3. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilərmi?

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.

                                                      Çingiz Cavadov

Lənkəran regional ədliyyə idarəsinin

                                                       baş məsləhətçisi kiçik ədliyyə müşaviri

ŞƏRHLƏR