"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin şöbə müdiri "Fəxri fərman"la təltif edilib

--2021-12-06 / 14:14
Səbail bələdiyyəsinin inzibari təsərrüfat şöbəsinin müdiri Tamilla Abiyeva mükafatlandırılıb.
Səbail bələdiyyəsinin 1999-cu ildən fəaliyyətə başladığı dövrdən bələdiyyədə çalışan Tamilla Abıyeva bələdiyyə qulluğunda fərqləndiyinə və 20 illik qüsursuz xidmətlərinə görə bələdiyyənin sədri Hacı əliyev tərəfindən və Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Kərimov Məhəmməd Eyvaz oğlu tərəfindən mükafatlandırılıb. Eyni zamanda Tamilla Abıyevanın 60 illik yubleyidir.
Tamilla xanımı Abiyevanı  bələdiyyəmizin üzv və əməkdaşları adından təbrik edir fəaliyyətində uğurlar arzulayırıq.
 
Səbail Bələdiyyəsi
 P.S. Tamella xanım Abiyevanı bizdə təbrik edir və inanırıq ki, bundan sonra da bələdiyyənin inkişafına öz töhfəsini verəcəkdir.
Səbail bələdiyyəsinin formalaşmasında və inkişafında xidmətləri olan Tamella xanıma Allahın ona bəxş etdiyi ömrü sağlam və həmişə olduğu kimi ürəkaçıqlığı ilə yaşamağı arzu edirik.
ŞƏRHLƏR