Astara bələdiyyəsinin təşəbbüsü ilə şəhərdə fəaliyyətdə olan "Günərzi Qayğı mərkəzi”nin qayğısı altında olan uşaqların “AAAF PARK” istirahət və əyləncə mərkəznə səfəri təşkil edilib.
Həmin gün uşaqlara göstərilən bütün xidmətlər pulsuz olub.
Qeyd edək ki, mərkəzdə valideynlərindən biri və ya ikisinidə itirmiş, sosial cəhətdən kasıb ailələrin uşaqları və fiziki cəhətdən qüsurlu uşaqlara “Ümid yeri” Xeyriyyə cəmiyyətinin xətti ilə qayğı göstərilir.
Mərkzədə onların yeməyi və əyləncəsi, müalicəsi tam təmin olunur.
Astara Bələdiyyəsinin sədri Aygül Məmmədovanın Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə daima mərkəzin fəaliyyətini diqqətdə saxlayır və bacardıqca onlara köməklik edir.
Sədrin sözlərinə görə, Astaradakı “AAAF Parkı”n rəhbərliyi ilə birgə o uşaqların parkda istədikləri kimi atraksionlardan istifadə etmələrini, parkda gəzintilərini pulsuz olaraq təşkil edilib.
Belediyye.info