şəmkir Bələdiyyəsinin nəzdində yaradılan iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Ceyrançöl” MMC-də əkin sahələrinin genişləndirilməsi istiqamətində işlər aparılır. Yaz-tarla işlərinə başlanılan təsərrüfatda 200 hektar sahədə yazlıq taxıl səpilib. Müasir texnikalar vasitəsi ilə cari ildə 1000 hektarda qarğıdalı, 2000 hektarda payızlıq taxıl, 5600 hektar sahədə növbəlilik əkin prinsipi qorunmaqla müxtəlif kənd təsərrüfatı məhsullarının əkilməsi, eləcə də 2400 hektarda bağçılığın salınması nəzərdə tutulur. Bununla da 8 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi planlaşdırılır.
MMC-nin direktoru Elşad Hüseynov bildirib ki, bu il əkilən taxıl sahələrini biçib qurtardıqdan sonra, həmin ərazilərdə senajlıq qarğıdalı əkini planlaşdırılır. Bu isə heyvandarlığın inkişafı istiqamətində görülməsi vacib olan işlərdəndir.