şəmkir Bələdiyyəsinin təsisçiliyi ilə fəaliyyətə başlayan “Abad-S” Məhdud Məsuliyyəti Cəmiyyətinin "Natural" Su və Konserv zavodunun açılış mərasimi keçirilib.
Mərasimdə şəmkir rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon bələdiyyələrinin və ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan şəmkir rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov son illərdə ölkə başçısı ilham əliyevin bələdiyyələrin və sahibkarlığın inkişafı üçün bütün zəruri şəraiti yaratdığını qeyd edib. Çıxışında RiH başçısı bildirib ki, təməli Ulu Öndər Heydər əliyev tərəfindən qoyulmuş uğurlu dövlət siyasəti regionlarda layiqincə icra edilməkdədir. Məhz "Natural" Su və Konserv zavodunun açılış mərasiminin Ulu Öndər Heydər əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsinə təsadüf etməsi bunun bariz nümunəsidir.
Çıxış edən şəmkir rayon Ağsaqqallar şurasının Sədri Bilal Məmmədov, şəmkir Bələdiyyəsinin sədri Vüqar Həsənov, rayon Təhsil şöbəsinin müdiri Məcid şıxlinski "Natural" Su və Konserv zavodunun mahiyyətindən söz açaraq, onun rayonun sosial-iqtisadi həyatında vacib rol oynacağına inandıqlarını qeyd ediblər.
Qeyd edək ki, zavod Sahibkarlığa Milli Kömək Fondunun ayrıdığı kredit hesabına reallaşdırılıb.
Sonra mərasim iştirakçıları zavodun istehsalat prosesi ilə yaxından tanış olublar.
Belediyye.info
|
|
|
|
|
|
|