"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin vergi müfəttişləri seminarda iştirak ediblər

--2016-06-28 / 21:29

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı ərazi Vergilər Departamentinin əməkdaşları Mingəçevir Bələdiyyəsinin vergi müfəttişləri ilə birgə bir günlük seminar məşğələ keçirib.

Bələdiyyənin yaydığı məlumata görə, bələdiyyənin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin müdiri Mehdixan Babayev bələdiyyənin fəaliyyəti, bələdiyyə büdcəsinin icrası üzrə görülmüş işlər və qarşılaşdıqları problemlər barədə məlumat verib.

11 saylı ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, 1-ci dərəcəli müfəttiş Samir Həsənov və Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri Elçin Paşayev çıxış edərək, yerli vergilər, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait, yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının qanunu və digər qanunvericilik aktları barədə danışıblar.

Sonda bələdiyyənin vergi müfəttişiləri onları maraqlandıran məsələlərdən suallar veriblər və problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.

Bələdiyyə sədri Coşqun Abdullayev bələdiyyə vergilərinin ödənilməsinin yerli əhəmiyyətli məsələlərin həllində rolundan danışaraq, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

Belediyye.info

ŞƏRHLƏR