"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin xidmət sahələrinin yaradılması təcrübəsi

--2019-05-02 / 17:21

Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Prezident ilham əliyevin böyük əzmkarlıq və ardıcıllıqla həyata keçirdiyi genişmiqyaslı və çoxşaxəli islahatlar paketi ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. iqtisadi inkişaf strategiyasının yüksək dinamizmlə, uğurla aparılması doğma Azərbaycanımızı regionun lider dövlətinə çevrmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun daha da yüksəlməsinə ciddi və münbit şərait yaratmışdır.

Möhtərəm Prezidentimiz respublikamızdakı demokratik proseslərə də yeni nəfəs vermiş, ölkənin intellektual, sosial və iqtisadi potensialının səfərbər olunmasına nail olmuş və “Biz Xalqa xidmət edirik” prinsipini rəhbər tutaraq əhali ilə olan təmaslarının və insanların problemlərinin yaxından öyrənilməsi üçün yeni və çox səmərəli fəaliyyət proqramı tərtib olunmuşdur.

Ölkə rəhbərinin vətəndaşların sosial qayğılarına həssas münasibətini özünə nümunə götürənbələdiyyəmizin kollektivi 2018-ci ildə qəsəbəmizdə bir sıra sosial-iqtisadi lahiyələr həyata keçirmiş, qəsəbə sakinlərinin istək və arzularına uyğun olaraq işlərini qurmağa çalışmışdır. Hər bir sakinin müraciətinə həssaslıqla yanaşmaq, problemi olan insanların yanında olmaq iş prinsipimizin əsasını təşkil edir. Belə yanaşma eyni zamanda büdcə gəlirlərinin formalaşması , yerli vergilərin yığılması prosesini də asanlaşdırır. Vətəndaşlarımız bilirlər ki, bələdiyyə büdcəsinə daxil olan maliyyə vəsaiti qəsəbənin abadlaşdırılmasına və digər problemlərin həllinə yönəlir. Bu nöqteyi nəzərdən hesabat ilində 59350 manat büdcə gəlirlərinin əsas hissəsi əhalinin sosial sifarişlərinin icrasına xərclənmişdir. Belə ki, qəsəbə sakinlərinin müraciəti əsasında qəsəbədəki iki avtobus dayanacağı əsaslı təmir olunmuş, digər avtobus dayanacaqları rənglənmiş, oturacaqları təmir olunmuşdur.

Bələdiyyəmizin “Yerli demokratiya həftəsi” çərçivəsində keçirtdiyi tədbirlərin nəticəsi olaraq qəsəbədaxili yollarda cari təmir işləri aparılmış, ehtiyac olan yerlərə asfalt örtüyü çəkilmiş, səkilər təmir olunmuş, bardürlər rənglənmişdir. Qəsəbəmizin daxili torpaq yollarınin çox hissəsi təmir olunmuş və cari ildə də bu işlər davam etdirilir.

Qəsəbədaxili küçələrin kənarlarında yaşıllıqlar salınmış, gül kolları əkilmiş və onların suvarılması təşkil olunmuşdur.

Qəsəbəmizdə yaşayan şəhid ailələrivə Qarabağ müharibəsi veteranları həmişə diqqət mərkəzində olmuşlar. Vətənimizin azadlığı uğrunda şəhidolmuş qəsəbə sakinlərinin anılması üçün tədbirlər keçirilmiş, məzarları ziyarət edilmiş, ehsanlar verilmiş və onların ailə üzvlərinə maddi yardımlar göstərilmişdir.

Qarabağ şəhidi Teymurov Nadir Seyidrza oğlunun qəbir üstü abidəsi ağ mərmər daşı ilə yenidən qurulmuşdur. Qarabağ şəhidi Ziya Ağayevin adına olan bulaq əsaslı təmir edilmiş, 20 Yanvar şəhidi Nüsrət Yaqubovun adını daşıyan 120 saylı orta məktəbdə yerləşən büstündə də cari təmir işləri aparılmışdır. Hər il olduğu kimi, 20 yanvar şəhid ailəsinə və xəsarət almış şəxslərə maddi yardım göstərilmişdir.Bundan başqa Zirə qəsəbə qəbirstanlığında “şəhidlər Bulağ”ı inşa edilib, istifadəyə verilmişdir.

Qəsəbəmizdə Milli və Dövlət bayramlarımız həmişə təntənə ilə qeyd edilmiş, sakinlərimiz üçün müxtəlif şənlik və əyləncə proqramları təşkil edilmişdir.

Bələdiyyəmiz tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir. Xalq Cumhuriyyətinin yaradılmasında fəal iştirak edən Zirə qəsəbə sakini olmuş Mirzə Bala Məhəmməd­zadənin adına küçə verilmiş və küçənin başlanğıcında barelyef hazırlanaraq yerləşdirilmişdir.

Heydər əliyev Fondu tərəfindən bələdiyyəmizə əvəzsiz olaraq verilmiş “Karsan Atak”markalı 2 ədəd sərnişin avtobusu 7 iyul 2018-ci il tarixdə 152 â„–li Zirə-Mərdəkan marşrut xəttində qəsəbə sakinlərimizin istifadəsinə verilmişdir.

Beləliklə, Zirə bələdiyyəsi ilk dəfə olaraq sərnişindaşıma xidmətini təşkil etmiş və bu məqsədlə “Zirə bələdiyyəsi nəqliyyat xidməti” MMC hüquqi şəxs yaradılmışdır. Belə bir xidmətin təşkili sakinlərimizin rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə bərabər,bələdiyyə büdcəsinə də əlavə gəlir gətirir.Təşkil etdiyimiz nəqliyyat xidmətini fərqləndirmək üçün xidməti yüksək səviyyədə təşkil etməklə yanaşı sakinlərimizi maraqlandıran müxtəlif aksiyalar da keçiririk. Məsələn, bu il ”8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə bayram günü xanım sərnişinlərə və 22 avqust Qurban bayramı günü bütün qəsəbə sakinlərinə bələdiyyənin 152 nömrəli marşrutundan ödənişsiz xidmət göstərilmişdir. Bu tip aksiyaların digər bayramlarda da təşkil etməsini və bunun bir ənənə halına çevirməsini planlaşdırırıq.

Xəzər rayonunun digər qəsəbələri kimi, Zirə qəsəbəsi də son illər ərzində aparılan abadlıq-quruçuluq işləri, inşa edilən sosial-iqtisadi obyektlər nəticəsində müasir bir qəsəbəyə çevrilmişdir. Heydər əliyev Fondunun xüsusi layihəsi əsasında qəsəbəmizdə Heydər Parkı, xəstəxana, idman kompleksi, Zirə Mədəniyyət Mərkəzi və Eko-park inşa edilmişdir. Zirə Mədəniyyət Mərkəzi – Eko Park unikal bir layihədir. Burada Fotostudiya, kinoteatr, Art-studiya, Elektron kitabxana, iDEA – yaşıl otaq, şahmat otağı, Xarici dillər (ingilis,fransız və rus dilləri) kabineti, Moda Studiya, Gimnastika zalı, Zirə Xalça muzeyi və Xalçaçılıq tədris mərkəzi fəaliyyət göstərir.

Xalça muzeyində 150 ildən artıq yaşı olan Azərbaycan tarixi üçün əhəmiyyətli eksponatlar: Bakı, Quba, şirvan, Gəncə, Qazax-Borçalı, Qarabağ, Naxçıxan, irəvan və Təbriz məktəblərininəsrlərdən bəri yaranmış xalçalar, palaz nümunələri nümayiş olunur. Muzey xüsusi elektron tanıtım sistemi ilə təchiz olunmuşdur. Burada hər bir xalça haqqında azərbaycan və ingilis dillərində tam məlumat verilir. 

Qəsəbəmizdə həyata keçirilən bu layihə möhtəşəmliyi ilə diqqəti cəlb edir və son illərdə ölkədə icra olunan ən orijinal layihələrdən biridir. Bu nadir məkanın qəsəbədə yaradılması isə onun əhəmiyyətini daha da artırır. Belə ki, yerli sakinlər, xüsusilə də gənclər üçün cəlbedici olan bu yer qəsəbənin sosial-mədəni inkişafında mühüm rol oynayır.

Qəsəbəmizdə həyata keçirilən belə möhtəşəm infrastruktur layihələri bələdiyyəmizin məsuliyyətini daha da artırır, bizi daha səylə çalışmağa sövq edir.

Anar Hüseynli

Xəzər rayonunun Zirə bələdiyyəsinin sədri

ŞƏRHLƏR