"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənində fəaliyyət göstərdiyi inzibati binada yanğın baş verib

--2023-01-13 / 15:41

Xəbər verildiyi kimi,  şamaxı rayonunun ikinci Cabanı kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 130 m² sahədə, taxta konstruksiyalardan ibarət mərtəbələrarası arakəsmə (2-ci mərtəbənin döşəməsi, 1-ci mərtəbənin tavanı) 120 m² sahədə və içərisindəki əşyalar yanıb. Bu barədə FHN məlumat yayıb.

Məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.   

Bu gün Belediyye.infoya daxil olan məlumata görə, ilkin verisyaya görə yanğının qısa qapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, inzibati binanın birinci mərtəbəsində ikinci Cabanı bələdiyyəsi, ikinci mərtəbəsində isə şamaxı RiH başçısının  ikinci Cabanı kəndi    üzrə nümayəndəliyi fəaliyyət göstərib.

Bələdiyyədən daxil olan məlumata görə, yanğın nəticəsində bələdiyyə aid olan sənədlər və digər texniki vasitələr yanğın söndürənlərin, habelə bələdiyyə sədrinin və qulluqçuların fəaliyyəti sayəsində mühafizə olunub.

Belediyye.info

ŞƏRHLƏR