"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyəyə 90 min manata yaxın maliyyə yardımı daxil olub

--2016-08-25 / 12:42

Sumqayıt bələdiyyəsindən daxil olan məlumatda bildirilir ki, 2016-cı ilin birinci yarısında yerli büdcənin gəlirləri 927.850 manat olub ki, bu vəsaitində 270.000 manat dotasiya və 88.350 manat fiziki şəxslərdən maliyyə yardımı təşkil edib.

Qeyd edək ki, cari ilin birinci yarısında bələdiyyə büdcəsinə daxil olan vəsaitin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə çox olub.

 

Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər  272.377 manat və ya 29.35 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 172.891 manat və ya 18.6 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər  40.833 manat və ya 4.4  faiz olub.

Belediyye.info  

ŞƏRHLƏR