Bərdə rayon bələdiyyələrinin büdcədaxilolmalarının həcmi səkkiz faiz artıb. Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2016-cı il ərzində rayon bələdiyyələri 460.200 vəsait toplaya biliblər. Bu ötən illə müqayisədə səkkiz faiz artıq deməkdir.
Qeyd edək ki, Bərdə bələdiyyələrinin 2015-ci ildə 426.900 manat, 2014-cü ildə 422.600. 2013-cü ildə isə 397.300 manat büdcədaxilolmaları olub.
Rayon bələdiyələrinin küçə (divar) reklamlarından daxil olan ödənişlərinin həcmi 2015-ci ildə 8,2 dəfə, 2016-cı ildə isə 27 faiz artırıb. 2014-cü ildə küçə reklamlarından 5400 manat vəsait əldə edildiyi halda 2016-cı ildə bu rəqəm 56.100 manata çatıb. Bu vəsaitin demək olar ki, hamısı şəhər bələdiyyəsinin payına düşür.
2013-cü ildə əmlak vergisindən 34.900 manat vəsait daxil olduğu halda, bu rəqəm 2016-cı ildə bu rəqəm 41.900 manata bərabər olub.
Maraqlı məqam bir də ondadır ki, 2002-ci ildən sonrakı dövr ərzində ilk dəfə olaraq 2016-cı ildə rayon bələdiyyələri 2.900 manat mədən vergisi toplaya bilib. Bu vəsaitin də demək olar ki, hamısı şəhər bələdiyyəsinin payına düşür.
Xatırladaq ki, 2009-cu il seçkilərində rayon bələdiyyələrinin sayı 110-dan 66 düşüb.
Bəs 2016-cı ildə daxil olan vəsait hansı istiqamətlərdən olub:
- 89.100 manat fiziki şəxslərdən torpaq vergisi;
- 41.800 fiziki şəxslərdən əmlak vergisi;
- 2.900 mədən vergisi;
- 600 bələdiyyə mülkiyyətində olan əmlakın istifadəsindən;
- 56.100 küçə reklamlarından daxil olan ödənişlər;
- 1.500 bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində səyyar ticarət və stasionar ictimai iaşə və digər xidmətlər;
- 500 avtodaynacaqlardan;
- 24.600 bələdiyyə əmlakının və torpağın icarəyə verilməsindən;
-112.400 bələdiyyə əmlakının icarə veriməsindən;
-128.900 dotasiyadan;
-1.900 digər daxilolmalar.
Belediyye.info