"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyələrinin DSMF-yə olan borcu hansı səbəbdən yaranıb? SUALA AYDINLIQ GəTiRəN DEPUTAT HəM Də MARAQLI TəKLIFLə çIXIş EDiB

--2022-04-14 / 05:49

“Respublikada bələdiyyələrin sayına görə Bərdə rayonu birinci yerdədir və hazırda Bərdədə 66 bələdiyyə fəaliyyət göstərir”- bu fikirləri Milli Məclsin üzvü Fatma Yıldırım bildirib.

Xanım deputatın sözlərinə görə, bəlkə də elə bələdiyyələrin fəaliyyətindəki problemlərin çoxluğuna görə də, bu rayon ölkədə birincilərin sırasındadır. Bərdə şəhər bələdiyyəsi də daxil olmaqla Bərdə rayonunda fəaliyyət göstərən 56 bələdiyyələrin məcburi dövlət sosial sığorta borclarına görə bank hesablarına məhdudlaşdırıcı sərəncamlar qoyulduğundan heç bir maliyyə əməliyyatı apara bilmirlər. DSMF na Rayon üzrə bələdiyələrin ümumi borcu 400 min manatdan artıqdır.

Bərdə bələdiyyələrinin DSMF-yə olan borcun hansı səbəbdən yarandığına aydınlıq gətirən MM üzvü qeyd edib ki, yaranan bu borclar əsasən 2005-2015-ci illərdə bələdiyyə sədri işləmiş şəxslərin məsuliyyətsizliyi və digər aidiyyati qurumların rəhbərliyinin problemin həllinə vaxtında kömək etməməsindən olub.

Xanım Fatma Yıldırım daha sonra qeyd edib ki, acınacaqlı həm də odur ki, bir çox kənd bələdiyyələrinin dövlət büdcəsindən verilən 1700 və ya 1800 manat həcmində dotasiyadan başqa gəlirləri olmur. Elə sadaladığım bu faktlar onu deməyə əsas verir ki, rayonda fəaliyyət göstərən bələdiyyələrin mütləq əksəriyyəti nəinki yerli problemləri həll edə, hətta orada çalışan bir-iki işçinin əmək haqlarını belə ödəyə bilmirlər. Düşünürəm ki, bu problem təkcə Bərdə rayonunda fəaliyyət göstərən bələdiyyələrdə deyil, digər rayonların da kiçik, əhalisi az olan və maliyyə cəhətdən zəif bələdiyyələrində mövcuddur. Hesab edirəm ki, bu problemlərin əsaslı həlli üçün geniş müzakirələrin aparılmalı və ciddi tədbirlərin görülməsi vacibdir. Təklif edirəm bu məqsədlə, Milli Məclisin Regional məsələlər Komitəsi və ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzi birgə komissiyası yaradılsın və komissiyanın işinə aidiyyatı dövlət qurumları cəlb olunsun.

Belediyye.info

ŞƏRHLƏR