Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin təşəbbüsü ilə şəhərdə abadlıq işləri davam etdirilir.
Noyabr ayı ərzində bir sıra ciddi işlər həyata keçirilib. Daxil olan məlumata görə, Bərdə-Tərtər yolunda baş vermiş avtoqəza nəticəsində yol kənarında aşan elektrik dirəyi Bərdə bələdiyyəsinin tikinti və bərpa briqadası, dirəyi və işıqlandırma sistemini təmir edərək dirəyi yerinə bərpa edilib.
S.Vurğun küçəsində yeni yaşıllıq zolağı salınmış, ağaclar budanmış və həmin zolağın qorunması üçün barduyor çəkilib. Eyni zamanda S.Vurğun küçəsi ilə kəsişən M.Müşviq, C.Cabbarlı, C. Məmmədquluzadə və Xəqani küçələridə qum-çınqılla qrederlənərək hamarlanıb.
Bundan başqa Bərdə bələdiyyəsi şəhərin S.Vurğun və Ü.Hacıbəyov küçələrində tikinti, quruculuq və yaşıllaşdırma işlərini davam etdirir. Belə ki, adı çəkilən küçələrdə piyada səkilərinin dağılmış daş örtükləri və bardyorları yeniləri ilə əvəz olunaraq təmir edilib. Həmin ərazidə şam və küknar ağacları əkilmiş və bardyorlar boyanmışdır.
Bundan əlavə bələdiyənin inzabati binasının yerləşdiyi ərazidə olan bardyorlar da boyanmışdır. Eyni zamanda bələdiyyənin tikinti və bərpa briqadası “Qəhrəmanlar” parkının qarşısında quraşdırılmış elektrik dirəklərinin işıqlandırma sistemini təmir etmişdir.
Məlumatda daha sonra bidirilir ki, Bərdə bələdiyyəsinin tikinti və bərpa briqadası H.əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsindəki böyük dairənin ağlay daşlarını təmir edərək təmizlik işlərini görmüş və Təbriz küçəsindəki parkda quraşdırılmış oturacaqları boyamışdır.
Ü.Hacıbəyov küçəsində ağaclar budanmış, piyada səkilərinin bardyorları rənglənmiş və elektrik dirəklərinin işıqlandırma sistemi təmir edilərək gecə işıqlanması bərpa olunmuşdur. Həmin küçəyə çınqıl tökülərək qreder vasitəsilə hamarlanmışdır. Eyni zamanda sözügedən küçədəki şəhər stadionunda da təmir, bərpa və təmizlik işləri görülmüş və yaşıllıq salınmışdır.
Qeyd edək ki, əhalinin təhlükəsizliyini təmin etmək üçün Ü.Hacıbəyov küçəsində piyada keçidi salınaraq rənglənmişdir.
Bərdə bələdiyyəsi şəhərdə abadlıq işlərini davam etdirəcək.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|