"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi beşkilometrlik məhəllədaxili yolu təmir edib

--2017-09-19 / 18:28

 Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, Bərdə rayon icra Hakimiyyətinin dəstəyi və Bərdə bələdiyyəsinin təşəbbüsü ilə şəhərin Bahadur Hacıyev küçəsi, habelə   Türkman kənd istiqmətində yeni salınan yaşayış massivinə gedən  məhəllədaxili yol əsaslı şəkildə  təmir olunub.

Beş kilometrlik yola  çınqıl töklüərək qrederlə hamarlanmış və yolu kəsən su boruları yeniləriylə əvəzlənmişdir.

Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, cari ildə bələdiyyənin dəstəyi ilə  şəhərin əllidən artıq küçəsində cari təmir işləri aparılmış və səliqə-səhman yaradılmışdır.

şəhərin mərkəzi meydanı, o cümlədən H.əliyev prospektində Ulu Öndəri Heydər əliyevin şərəfinə qoyulmuş billbord təmir edilmişdir.

Bununla yanaşı H.əliyev adına parkın giriş qapısının ağlay və mərmər örtüyü, səki və bardürlərin dağılmış hissələri təmir olunmuşdur.

Sentyabr ayında bələdiyyə əməkdaşları tərəfindən  şəhərin prospekt və küçələrində yol kənarı ağacların budanması və qurumuş ağaclarlın kəsilməsi də həyata keçirilmişdir.

Belediyye.info

ŞƏRHLƏR