Bərdə bələdiyyəsi Türkiyənin Beykoz bələdiyyəsi arasında qardaşlaşacaq.Bununla bağlı Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov sosial media üzərindən paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik:
“əziz dostlar
Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyinin idarə heyətinə üzv seçilib. Bundan sonra bələdiyyə sədri ölkəmizi beynəlxalq təşkilatda təmsil edəcəkdir.
Qeyd edək ki, 12 noyabr 2003-cü ildə Türkdilli ölkələrin hökümət başçılarının Bakıda keçirilən Zirvə toplantısında Türk Dünyası Bələdiyyələr Birliyinin yaradılması qərara alınıb. Hazırda 30 ölkədən 1200 bələdiyyə təşkilata üzv seçilib.
Hörmətli Təmraz Tağıyevi təbrik edirik və Azərbaycanı belə bir qurumda yüksək səviyyədə təmsil edəcəyinə inanırıq.
əziz dostlar və əziz Bərdəlilər!
Türk Dünyası Bələdiyyələr Birliyinin verdiyi qərara əsasən Bərdə bələdiyyəsi ilə Türkiyənin Beykoz bələdiyyəsi arasında qardaşlaşma artıq reallaşmış və imzalanma ərəfəsindədir.
iki qardaş dövlətin bələdiyyələrinin qardaşlaşması qürurvericidir.
Bərdə bələdiyyəsi və bir Bərdəli olaraq bu qardaşlaşmada mühüm əməyi olmuş, hörmətli Millət Vəkilimiz Fatma xanım Yıldırıma öz təşəkkürümü bildirirəm.”