"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi birinci rübə yekun vurdu: BəLəDiYYə HESABAT VERiR

--2017-04-20 / 11:47

Belediyye.infoya açıqlamsında Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov Bərdə bələdiyyəsinin 2017-ci ilin birinci rübündə görülmüş işləri barədə məlumat verib.

Birinci rüb ərzində bələdiyyə ərazisindəki park, bağ, küçə və yolların təmiri və abadlaşdırılmasına ümumilikdə 5.400 manat xərclənib.

şəhər ərazisində aparılan abadlaşdırma işlərindən danışan sədr, C.Cabbarlı, M.Cəfərov, Gəncə küçələrində və Yeni Yaşayış massivində yolların təmiri, yolun sağ və sol hissəsindəki alaq otlarının biçilməsi və daşınması işlərinin görülməsi barədə məlumat verib. Bildirib ki,  həmin küçələrə çınqıl   tökülmüş və qreder vasitəsilə hamarlanıb.

2017-ci ilin birinci rübündə bələdiyyə büdcəsinin gəlirləri 34.254.9 manat olmuşdur. Büdcə gəlirləri aşağıdakı mənbələrdən formalaşıb: icarəyə verilmiş torpaqlardan icarə haqqından 8.450 manat, fiziki şəxslərdən əmlak vergisindən 7.465.5  manat, fiziki şəxslərdən torpaq vergisindən 1.317.4 manat, bələdiyyə torpaq satışından 5.903 manat, mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişdən 25 manat, mədən vergisindən 800 manat, AR Dövlət Kommersiya sığorta şirkətlərindən 523  manat, dayanacaqlardan 58  manat, küçə reklamlarının vergisindən və yerləşdirilməsindən 9.713 manat vəsait toplanılıb.

Bələdiyyənin gəlirləri barədə bəhs edən sədr,  xərclər barədə də məlumat verərək bildirib ki, 2017-ci ilin birinci rübündə bələdiyyə büdcəsindən 32.356.8 manat vəsait xərclənib. əmək haqqı və onunla bağlı sair ödəmələrə 16626.5 manat, abadlaşdırma işlərinə 5389 manat, maddi yardımlara 380 manat, nəqliyyat xidmətlərinə 700 manat, bank xidmətlərinə 294.9 manat, kommunal xidmətlərinə  4.116.7 manat,  Dövlət əmlak Komitəsinə Bələdiyyənin istifadəsində olan binanın icarə haqqına 46 manat, gəlir vergisi 5.47 manat,  məzuniyyət və s. 3769 manat  vəsait xərclənib.

Belediyye.info

 

 

ŞƏRHLƏR