sorğu
Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, 2017-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 177.643 manata bərabər olub.
Verilən məlumata görə, büdcə gəlirləri aşağıdakı mənbələrdən formalaşıb:
icarəyə verilmiş torpaqlardan icarə haqqından 41.992 manat, fiziki şəxslərdən əmlak vergisindən 40.214 manat, fiziki şəxslərdən torpaq vergisindən 7.097 manat, bələdiyyə torpaq satışından 15.783 manat, mədən vergisindən 3.400 manat, sığorta şirkətlərindən 523 manat, dayanacaqlardan 361 manat, küçə reklamlarının vergisindən və yerləşdirilməsindən 59.772 manat vəsait toplanmışdır.
il ərzində vergilərin yığılmasında ən çox irəliləyiş fiziki və hüquqi şəxslərdən toplanan əmlak, torpaq və reklam vergisi ödənişində müşahidə edilibdir.
Belediyye.info