"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi daha bir yeniliyə imza atıb

--2016-10-25 / 22:36

Azərbaycan bələdiyyələri arasında ilk olaraq Bərdə bələdiyyəsi daha bir yeniliyə  imza atıb.

Belə ki, bələdiyyə iclasının qərarıyla şəhərdə dağınıq və pərakəndə şəkildə dayanacaqlarda, elektrik dirəklərində, hasarlarda, ağaclarda yapışdırılan elanların yığışdırılması qərara alınıb. Bunun əvəzində sakinlərin elan verəcəyi alqı-satqı və digər elanların yayımlanması və rahatlığını təmin etmək məqsədilə şəhərdə yeni informasiya sistemi yaradılıb. Artıq şəhərin bir sıra əhainin sıx hərəkət etdiyi yerlərdə  pulsuz elan lövhəsi quraşdıraraq sakinlərin istifadəsinə verilib.

Elan lövhələri hələlik şəhərin Heydər əliyev prospektində və  Mərkəzi poçtun qarşısında yerləşdirilib.

Bu cür elan lövhələrinin yaxın gələcəkdə şəhərin bir neçə küçələrində quraşdırılması nəzərdə tutulub.

Belediyye.info

 

ŞƏRHLƏR