Ümummilli liderimiz Heydər əliyevin müəyyənləşdirdiyi intibah strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən müasir tarixi şəraitə uyğun dönmədən inkişaf etdirilib həyata keçirilməsi nəticəsində Azərbaycan nəinki bölgədə, bütün dünyada inkişaf etmiş ölkələr sırasına çıxmış, ölkəmizdə vətəndaş cəmiyyəti bərqərar olmuşdur.
Bu gün Azərbaycan beynəlxalq və regional layihələrin bərabərtərəfli iştirakçısı, bir çox hallarda isə həmin layihələrin təşkilatçısıdır. Bu gün ölkəmizdir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyanın qlobal məsələlərinin bir çoxu həll edildiyi məkandır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab ilham əliyev tərəfindən ümummlilli liderimiz Heydər əliyevin böyük zəhməti nəticəsində Azərbaycanın əldə etdiyi müstəqillik qorunub saxlanılmaqla bərabər ölkəmizin müstəqilliyi beynəlxalq konteksdə təmin olunmuşdur.
Azərbaycanın bütün regionları kimi Qarabağın iqtisadi zonasının ən böyük rayonu olan Bərdə rayonu bu gün sürətlə inkişaf edir.
Bərdə rayonunun bütün bələdiyyələri kimi Bərdə bələdiyyəsi də rayonda aparılan tikinti-abadlıq işlərində yaxından iştirak etmiş, yerli əhəmiyyətli məsələlərin həlli üçün bütün imkanlardan istifadə edilməsi üçün ciddi layihələrə imza atmaqdadır.
il ərzində bələdiyyə ərazisindəki park, bağ, küçə və yolların təmiri və abadlaşdırılmasına ümumilikdə 36217.1 manat xərclənib. Belə ki, şəhərin H.əliyev prospektində, H.Aslanov, Koroğlu, S.Vurğun, i.Qayıbov küçələrində olan avtomobil yolunun sağ və sol hissəsində piyadalara aid səki yolundakı bardurların və piyadalar üçün yol keçidlərinin (zebra) rənglənməsi, Yeni Yaşayış massivi,Bakıxanov, A.əhmədov, Səttərxan və R.Rza küçələrində yolların hamarlanması və şebenlə örtülməsi, sağ və sol hissəsindəki alaq otlarının biçilməsi və nəqliyyatın gediş gəlişinə maneçilik törədən iri ağacların budanması, B.Hacıyev,M.Cəfərov, N.Hikmət, M.Hüseynzadə və C.Cabbarlı küçələrində yolların hamarlanması və şebenlə örtülməsi, düzəlməsi, yolların sağ və sol hissəsindəki alaq otlarının biçilməsi, şəhriyar, Məhsəti, Atatürk, A.əhmədov, H.Cavid, Qarabağ və Bakı küçələrində yol kənarı və bardurların təmiri, yollarının hamarlanması, şeben və atseplə təmiri və küçənin alaq otlarından təmizlənməsi, Gəncə küçəsində isə içməli su kəmərinin yenilənməsi, yol kənarı su arxlarının təmizlənməsi və daşınması kimi işlər görülmüşdür.
Ötən il məhəllə komitələri ilə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Bir neçə məhəllə komitəsində hesabat yığıncaqları keçirilib. Bələdiyyədə məhəllə komitələrinin fəalları ilə əmlak vergisinin ödənilməsi, küçə yollarının təmir olunması və s. mövzularda məlumatlandırma seminarları keçirilib. Məhəllə komitələrinin müraciətləri diqqət mərkəzində olub. Bələdiyyənin önəm verdiyi istiqamətlərdən ən vacibi imkansız və kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, material, ərzaq yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində həyata keçirilir. Məhəllə komitələrinin müraciətləri və sakinlərin fərdi müraciətləri əsasında bələdiyyədə imkansız ailələrin siyahısı hazırlanıb.
Qurban bayramında qurbanlıq heyvan kəsilərək 57 nəfərə paylanılıb. Ötən il 3 nəfərə dəfn və yas mərasimlərinin keçirilməsinə kömək məqsədi ilə yardım göstərilib. Kimsəsiz Quliyeva Sona Məmməd qızına Bələdiyyə büdcəsindən ayrılmış vəsaitlə yaşayış üçün vaqon alınmış, quraşdırılmış və yerləşdirilmişdir. 2016-cı ildə bələdiyyə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirib: 20 Yanvar–Ümumxalq Hüzn günü, 26 fevral Xocalı soyqırımı günü, Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May-Faşizm üzərində Qələbə günü, 26 iyun–Silahlı Qüvvələr günü, Mətbuat günü, Qurban bayramı, ulu öndər H.əliyevin anım günü, Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il şənliyndə müxtəlif səpgili tədbirlər reallaşdırılmışdır. Ötən ildə torpaq sahəsi ayrılması proseduruna başlanılmış və bir neçə işlər yekunlaşmışdır. Fərdi mənzil tikintisi üçün torpaq sahəsinin alqı-satqısı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin icarəyə və mülkiyyətə verilməsi haqqında yekun qərarlar verilmişdir. Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bərdə blədiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə gözəgörünən irəliləyişlərə nail olmuşdur. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Kütləvi informasiya Vasitələri, Qeyri-Hökümət təşkilatları, məhəllə komitələri ilə qarşılıqlı münaisbətlər qurulmuşdur. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır.
2016-cı ilin oktyabrın 12-dən 18-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlər görülmüş, şəhərdə 3 yerdə “Yerli demokratiya həftəsində fəal iştirak edək”,“Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” və “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək” şüarları yazılmış plakatlar asılmış, “bələdiyyə elan lövhələri” quraşdırılmış, sakinlərlə operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsi elan edilmiş, “qaynar xətt” vasitəsi ilə qaldırılan məsələlərin qeydə alınması və cavablandırılması təmin edilmiş, bələdiyyədə “açıq qapı” günləri elan edilmişdir. Həftə ərzində tədbirlərdə 393 nəfər iştirak etmiş və bələdiyyədə 52 vətəndaş dinlənilmişdir. Tədbirlərdə bələdiyyə tərəfindən 2016-cı ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar verilmiş, 2017-ci ilin bələdiyyə büdcəsi və həyata keçirilməsi nəzərdə tutulmuş layihələr müzakirə olunmuşdur.
2016-cı ildə Bərdə bələdiyyəsinin təssisçiliyi ilə “ Bərdə Nəqliyyat ”MMC yaradılmışdır. Hazırda MMC də 9 nəfər işçi çalışır.
Ötən il Bərdə bələdiyyəsininyeni təkmilləşdirilmiş loqosu təsdiq olunmuş və “Facebook” sosial şəbəkəsində “Bərdə bələdiyyəsi” səhifəsi hazırlanaraq istifadəyə verilmişdir.
Həmçinin Yerli (Bələdiyyə) Vergi və ÖdənişlərinAvtomatlaşdırılmış Məlumat Sistemi yaradılmış və vergi ödəyicilərinin qeydiyyata alınması işlərinə başlanmışdır.
2016-cı ildə bələdiyyənin 24 iclası keçirilib, iclaslarda 46 məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Müzakirə edilmiş məsələlərdən 16-sı icarəyə və mülkiyyətə torpaq sahəsinin ayrılması, 17-i maddi yardımlara, tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və tədbirlərin həyata keçirilməsi, maliyyə vəsaitinin ayrılmasına, 13-ü isə təşkilati və digər məsələlərlə bağlı olmuşdur. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib.
Ötən illə müqayisədə vətəndaşların müraciətləri 33 % azalmışdır. Bələdiyyəyə 2016-cı ildə vətəndaşlardan 81 müraciət daxil olub. Müraciətlərdən 15-i birdəfəlik maddi yardımla,
4-ü sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması, 44-ü həyətyanı torpaq sahəsi ayrılması, 8-i tikinti və təmir işləri, 10-u isə müxtəlif mövzularla əlaqədardır.
Müraciət edən şəxslərdən 8-i şəhid ailəsi, 13-ü Qarabağ müharibəsi əlili, 15-i məcburi köçkün, 1-i Çernobıl əlili, 3-ü ehtiyyatda olan zabit, 5-i Qarabağ müharibəsi veteranıdır. Maddi yardımla bağlı 9, fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla bağlı 14, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaqla bağlı 2 müraciət müsbət həllini tapıb, qalan ərizələrə qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış yazılı cavablar göndərilib. 11 ərizə sorğu, şikayət və məlumat xarakterli olduğu üçün araşdırılaraq, vətəndaşlarla izahat işləri aparılıb. Hesabat dövründə 1232 nəfər vətəndaş bələdiyyə sədri tərəfindən fərdi şəkildə qəbul edilib. Qəbulda irəli sürülən müxtəlif müraciətlər bələdiyyənin daimi komissiyaları tərəfindən araşdırılaraq həllini tapıb. Qəbulda olan vətəndaşlara hüquqi yardımlar göstərilmiş və aidiyatı üzrə digər qurumlara müraciət etmələri tövsiyyə olunmuşdur. Həmçinin 24 nəfər hərbiçinin məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.
il ərzində bələdiyyəyə müxtəlif təşkilatlardan 121 sənəd və məktub daxil olub ki, bunlardan 8-i rayon icra Hakimiyyətindən, 5-i Nazirliklərdən, 108-i digər idarə və təşkilatlardan daxil olmuşdur. Sənədlərə operativ baxılaraq, müvafiq cavablar göndərilmişdir.
Tövsiyə xarakterli məktublar, qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün müvafiq şöbə və komissiyalarda saxlanılır.
2016-cı ildə bələdiyyə büdcəsinin gəlirləri 157.246.8 manat olmuşdur. Büdcə gəlirləri aşağıdakı mənbələrdən formalaşıb: icarəyə verilmiş torpaqlardan icarə haqqından 31826.8 manat, fiziki şəxslərdən əmlak vergisindən 39154.7 manat, fiziki şəxslərdən torpaq vergisindən 6907.8 manat, bələdiyyə torpaq satışından 9463.3 manat, mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişdən 100 manat, mədən vergisindən 2800 manat (ötən ildəkindən 6 dəfə çox), sığorta şirkətlərindən 1909.3 manat, dayanacaqlardan 492 manat, küçə reklamlarının vergisindən və yerləşdirilməsindən 56.092.9 manat vəsait toplanmışdır. Bunlardan əlavə, dövlət büdcəsindən Bərdə bələdiyyəsinə 8500 manat dotasiya ayrılmışdır.
il ərzində vergilərin yığılmasında ən çox irəliləyiş fiziki və hüquqi şəxslərdən toplanan əmlak, torpaq və reklam vergisi ödənişində müşahidə edilibdir.
2016-cı ildə bələdiyyə büdcəsindən 156613.1 manat vəsait xərclənib. əmək haqqı və onunla bağlı sair ödəmələrə 66654.1 manat, abadlaşdırma işlərinə 36217.1 manat, maddi yardımlara 1370 manat, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 8.874.6 manat, nəqliyyat xidmətlərinə 5187 manat, kommunal xidmətlərinə (elektrik enerjisi, rabitə xidmətlərinə və H.əliyev parkının işıqlandırılmasına ) 15.248.9 manat, Bərdə rayon məhkəməsinin 28 dekabr 2007-ci il tarixli qətnaməsinə əsasən ismayılov izzət Yusif oğluna 11.760 manat xərclənib.
Ümumilkidə, illik əməyin ödəniş fondu ümumi xərclərin 42.5 %-ni təşkil edib.
Bərdə bələdiyyəsi fəaliyyətini genişləndirmək, yerli məsələlərin həllində bələdiyyənin fəaliyyətini daha da gücləndirmək üçün bundan sonra da bütün qüvvələri səfərbər edəcəkdir.
Sadiq Xəlilov
Bərdə bələdiyyəsinin sədri