"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi hansı addımlar atıb?

--2017-07-20 / 20:20

Bərdə bələdiyyəsi şəhərdə quruculuq, abadlıq və təmir işlərini plan üzrə davam etdirir. Bu barədə məlumatı Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyədən daxil olub.

Məlumatda bildirilir ki, Bərdə şəhər Regional ədliyyə idarəsinin və Mərkəzi Poçtun qarşısında bulaqlar təmir olunub. Bu ərazidə su və kanalizasiya xəttləri yenilənib.

Heydər əliyev adına Parkda hovuzun sökülmüş mərmər hissələri, piyada səkilərinin dağılmış tamet örtükləri və bardürlar təmir olunub və yeniləri ilə əvəz olunub. M.ə.Sabir küçəsində yerləşən istirahət parkının piyada səkiləri və bardürları təmir olunub.

Bakı küçəsində yerləşən Qala divarlarının avtoqəza nəticəsində dağılmış hissələri şəhərin memarlıq dəsti xəttinə uyğun olaraq təmir olunub.

Heydər əliyev prospektində yerləşən Mərkəzi Poçtun qarşısından Muğam məktəbinin qarşısına qədər olan ərazidə bütün piyada səkilərinin və bardürlarının dağılmış hissələri təmir olunub.

şəhərin Bayraq Meydanının prospektə bitişik hissəsində avtoqəza nəticəsində dağılmış bardürlər və ağlay örtüyü təmir olunub.

Belediyye.info

ŞƏRHLƏR