"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi hansı işləri həyata keçirib ?

--2016-03-03 / 19:43

Bərdə Rayon icra Hakimiyyəti başçısının dəstəyi ilə Bərdə bələdiyyə şəhərdə abadlıq işlərini davam etdirir. Bərdə bələdiyyəsi yollarda növbəti təmir işlərininə start verib. Hazırda A.əhmədov, A.Məmmədov, N.Hikmət, Pişəvəri və Bakıxanov küçələrində işlər yekunlaşmaq üzrədir.  Yeni Yaşayış masivinin bir hissəsində  isə abadlıq və təmir işləri davam etdirilir.

Bu barədə məlumat Bərdə bələdiyyəsindən daxil olub.

Sözügedən küçələrdə yaranan gölməçə suları suçəkən maşın vasitəsilə çəkilərək, avtomobillərin hərəkətinə maneçilik törədən iri ağaclar budanıb. Yollar qum, çınqıl və şebellə təmin olunmuş və qreder vasitəsilə hamarlanıb.

Belediyye.info

 

ŞƏRHLƏR