"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi hansı layihələri icra edib?

--2015-11-30 / 11:55

Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilovun Belediyye.infoya açıqlamasında bildirilir ki, son bir neçə ay ərzində bələdiyyə tərəfindən şəhərin 13  müxtəlif küçəsində abadlıq işləri həyata keçirilib.

şəhərin H.əliyev, Bakı, Koroğlu , Nüşabə və i.Qayıbov küçələrində avtomobil yolunun sağ və sol hissəsində piyadalara aid səki youndakı bardurlar və piyadalar üçün yol keçidləri (zebra ) rənglənib. şəhərin E. əsədov, ə.ədilov, Cavanşir, M.F.Axundov, M.ə.Rəsulzadə və şəhriyar küçələrində yollar təmir edilib və yolun sağ və sol hissəsindəki alaq otları biçilib. Bundan əlavə şəhərin B.Hacıyev, Qarabag, Məhsəti, Ata-türk küçələrində yollar təmir edilib və yolların sağ və sol hissəsindəki alaq otları biçilib. Habelə “Sənaye” və Təbriz küçələrində yol kənarındakı  bardurlar təmir edilib və küçələr alaq otlarından təmizlənib, Gəncə küçəsində isə yol kənarındakı su arxları təmizlənib və daşınıb.

Bu işlərdə Füzuli küçəsidə kənarda qalamyıb. Belə ki, Füzuli küçəsində abadlıq işləri görülüb . Füzuli küçəsindən başlayaraq Qaradağlı kəndinə gedən , Füzuli  1, 2, 3, 4, 5 küçələrini  birləşdirən 3 kilometr olan əsas  yolda abadlıq, təmizlik işləri aparılıb. Görülən işlər çərçivəsində sözügedən küçələrdə yol kənarında bitən yabanı bitkilər təmizlənib,  insanların  və  nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədən  iri ağacların budaqları budanıb, yoldakı kiçik təpələr hamarlanıb. Həmin küçələrə həmçinin 30 “Kamaz” maşın qum və çınqıl tökülüb və ərazidə işləyən  qrederlər vasitəsilə yollarda əmələ gələn iri çökəklər doldurulub.

ərazidə su xəttlərinin bərpasına toxunan sədr bildirib ki,  yeni yaşayış massivində istismar müddətini başa vuran içməli su xəttləri yeniləri ilə əvəz olunaraq bərpa edilib. Ü.Hacıbəyov küçəsində də yerləşən çoxmərtəbəli binaların həyətlərinə atılmış ünvansız məişət tullantıları təmizlənib, iri ağacların budaqları budanıb və  binaların həyətlərinə şebel və çınqıl tökülərək yollar hamarlanıb.

Bələdiyyənin sosial proqramlar çərçivəsində ciddi layihələrə imza atdığını qeyd edən Sadiq Xəlilov bildirdi ki, bələdiyyəyə maddi yardımla bağlı müraciət edən sakinlərə - əliyeva Validə, Yusifova Rəqiyyə, Fərəcva Gülbənd, Həsənov Eldəniz, Hüseynova Sevinc, ismayılova Aftab, Cəfərova Nərgiz, Rəhimova Roza və Hüseynova Xuramana müxtəlif həcmdə maddi köməkliklər göstərilib.

Bələdiyyənin qarşılaşlaşdığı problemələrə toxunan sədr bildirdi ki, bələdiyyənin, vətəndaşların vergi ödəməsində problemləri mövcuddur: “Bəzi soydaşlarımızın vergini ödəməkdən boyun qaçırırlar. Bununla baglı əhali arasında maarilfəndirmə işlərini aparır və mütəmadi olaraq seçicilərimizlə məhəllələrdə səyyar görüşlər təşkil edirik.”

Qeyd edək ki, vergi ödəyiciləri vergini poçt və ya bank vasitəsilə ödəyirlər .

Belediyye.info

 

 

ŞƏRHLƏR