2017-cı ilin noyabr ayı“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlər görülmüş, şəhərdə 3 yerdə “Yerli demokratiya həftəsində fəal iştirak edək”,“Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” və “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək” şüarları yazılmış plakatlar asılmış, “bələdiyyə elan lövhələri” quraşdırılmış, sakinlərlə operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsi elan edilmiş, “qaynar xətt” vasitəsi ilə qaldırılan məsələlərin qeydə alınması və cavablandırılması təmin edilmiş, bələdiyyədə “açıq qapı” günləri elan edilmişdir. Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb.
Həftə ərzində tədbirlərdə 484 nəfər iştirak etmiş və bələdiyyədə 74 vətəndaş dinlənilmişdir. Tədbirlərdə bələdiyyə tərəfindən 2017-cı ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar verilmiş, 2018-ci ilin bələdiyyə büdcəsi və həyata keçirilməsi nəzərdə tutulmuş layihələr müzakirə olunmuşdur.
Belediyye.info