Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, Bərdə bələdiyyəsi ötən həftə şəhər ərazisinin işıqlanmasında problem yaradan elektrik dirəklərində təmir işləri aparıb. Tarix Diyarşünaslıq Muzeyinin qarşısındakı tumbaların işıqlandırma sistemi, eyni zamanda muzeyin qarşısındakı qırılmış ağlay daşları təmir edilib.
Bu müddət ərzində şəhərin Yevlax istiqamətindən giriş hissəsindəki yol kənarında quraşdırılmış elektrik dirəklərinin kabeli dəyişdirilərək şəhərin işıqlanması təmin edilib.
Bununla yanaşı bələdiyyəsən daxil olan məlumatda bildirilir ki, bələdiyyənin tikinti və bərpa briqadası şəhər ərazisində bir sıra təmizlik və bərpa işləri aparıb.
Belə ki, bələdiyyə yol kənarlarında yığılıb qalan və vətəndaşların hərəkətində çətinliklər yaradan yağış suları, suçəkən maşın vasitəsilə çəkilərək sakinlərin gediş gəlişi üçün rahatlığı təmin edilib. Eyni zamanda bələdiyyənin tikinti və bərpa briqadası, Heydər əliyev prospektində dağılmış tamet daşlarını və bardyoru da bərpa edib. Eyni zamanda 1 saylı orta məktəbin qarşısındakı piyada səkisinin, qonaq evinin qarşısında və Heydər əliyev mərkəzinin qarşısındakı mərmərlər, dağılmış tamet daşları, bardyor və qırılmış ağlaylarda təmir olunaraq bərpa edilib.
Bələdiyyənin yaydığı digər məlumata görə, Bərdə bələdiyyəsinin yerləşdiyi inzibati binanın fasad və içəri hissəsinin yararsız vəziyyətdə olmasını nəzərə alaraq, binanın təmir olunması işlərinə başlanılıb.
Belə ki , bələdiyyə binasının fasadı təmizlənərək yeni boya ilə rənglənib. Binanın foye hissəsi, otaqları, dəhlizi, döşəmə , tavan və divar hissələri təzələnib. Həmçinin binanın daxilindəki işıqlanma sistemi və çil-çıraqları yenilənib. Havaların yağıntılı olmasını nəzərə alaraq, novlar təmizlənmiş və binanın dam örtüyü bərpa edilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|