Bərdə bələdiyyəsi şəhərdə abadlıq işlərini davam etdirir. Bu barədə Belediyye.infoya məlumat bələdiyyədən daxil olub. Məlumatda bildirilir ki, hazırda şəhərin Füzuli və H.Aslanov küçələrində abadlıq işləri yekulaşmaq üzrədir.
Qeyd edək ki, H.Aslanov küçəsində su xəttinin sıradan çıxması nəticəsində küçə boyu ərazidə böyük gölməçələr yaranmışdı. Bu da öz növbəsində sakinlərin gediş-gəlişinə maneələr yaradırdı.
ilk olaraq Füzuli küçəsində qrunt suları su çəkən maşın vasitəsilə çəkilmiş, sıradan çıxmış su xətti təmir edilərək bərpa edilmişdir. Bununla yanaşı küçədəki məişət tullantıları təmizlənmiş, sonra hər iki küçəyə çınqıl tökülərək yollarda hamarlanama işləri həyata keçirilmişdir.
Bərdə bələdiyyəsinin şəhərdə abadlıq işlərini bundan sonrada davam etdirəcəyi bildirilir.
Belediyye.info
|
|
|
|
|
|