Bərdə bələdiyyəsinin yaydığı məlumata görə , Bərdə bələdiyyəsinin növbəti dəfə iclas keçirilib. Bələdiyyə iclasında sədr Sadiq Xəlilov bələdiyyənin gördüyü işlərdən danışıb. Daha sonra vergi yığımından danışan S.Xəlilov bildirib ki, torpaq, əmlak və reklam vergilərinin yığımında fərqlənən müfəttişləri-Cənnətəliyev Teyyub Köçəri oğlu, Qəribov ənvər Süleyman oğlu və ismayılov Nurəddin Möhsüm oğlu bələdiyyə iclasının qərarıyla mükafatlandırılıb.
Bələdiyyə iclasında mükafatlar işçilərə bələdiyyə sədri tərəfindən təqdim edilib.
Mükafata layiq bilinən müfəttişlər onların əməyinə verilmiş qiymətə görə bələdiyyə sədrinə və üzvlərə öz minnətdarlığını bildirərək, bundan sonra da üzərlərinə düşən işin öhdəsindən layıqincə gələcəklərini nəzərə çatdırıblar.
Belediyye.info
|
|
|