"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi işıqlandırma sistemində təmir-bərpa işləri aparıb

--2016-09-02 / 22:45

Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin əməkdaşları tərəfindən  Bərdə-Yevlax magistral yolu istiqamətində quraşdırılmış elektrik dirəklərinin işıqlandırma sistemində təmir-bərpa işləri aparılıb.

Sözügedən yolda hazırda inşası davam edən bulağın ətraf ərazisinin işıqlanması üçün yeni elektrik dirəkləri quraşdırılaraq ərazinin işıqlanması təmin edilib.

Eyni zamanda  həmin ərazidə qəza nəticəsində sıradan çıxmış elektrik dirəyi də düzəldilərək təmir edilib.

Belediyye.info

ŞƏRHLƏR