sorğu
Bərdə bələdiyyəsi şəhərimizin prospekt və küçələrində abadlıq , təmir və qruculuq işlərini davam etdirir. Bələdiyyədən daxil olan məlumata görə, bələdiyyə iclasının qərarıyla şəhərin Səttarxan, M.Hüseynzadə və R.Rza küçələri yol hamarlayıcı texnika ilə hamarlanmış, daş və çınqıl örtüyü ilə üzlənmişdir.
Sakinlərin müraciətini nəzərə alan Bərdə bələdiyyəsi adıçəkilən küçələrdəki səkilərdə səliqə-səhman işlərini, habelə abadlıq işlərinidə aparıblar. Bələdiyyə bundan sonra da şəhərdə abadlıq işlərini davam etdirəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|