"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi sakinlərin müraciətini nəzərə alıb

--2016-11-30 / 16:29

Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin təşəbbüsü ilə şəhərin  M.F.Axundov və Babək küçələrində yolların bərpası ilə bağlı xeyli  işlər aparılmışdır.

Məlumatda bildirilir ki, sözügedən küçələrdə yağış sularının yaratdığı  gölməçələr  sakinlərin gediş-gəlişində çətinliklər yaradıb.

Sakinlərin müraciətini nəzərə alaraq Bərdə bələdiyyəsi adıçəkilən küçələrdəki çölməçələr (qrunt suları) suçəkən maşın vasitəsilə çəkilmiş, sonra isə küçələrə şeben və çınqqıl tökülərək “Qreder” vasitəsilə hamarlanmışdır.

Yaxın günlərdə Bərdə bələdiyyəsi şəhərin digər küçələrində abadlıq işlərini davam etdirəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR