Bərdə bələdiyyəsinin yaydığı məlumata gğrə, bələdiyyənin təşəbbüsü ilə şəhər ərazisində abadlıq və təmir işləri davam etdirilir. Belə ki, şəhərin H.Aslanov küçəsində və H.əliyev prospektində piyada keçid xətlərinin rənglənməsini həyata keçirilib. Eyni zamanda sözügedən prospektdə ağlayların üst təbəqəsinin təmizlənməsi işlərini görülüb.
Bu günlərdə şəhərin Gəncə küçəsinin bir qrup sakini bələdiyyəyə müraciət edərək, yağış sularının evlərin zirzəmisinə dolaraq ev bünövrələrinin çökməsinə səbəb olduğu barədə bildirmişlər.
Eyni zamanda yağış suları Gəncə küçəsinə bitişik 6 saylı orta məktəbin həyətinə yığılaraq antisanitariya vəziyyəti yaradırdı.
Bərdə RiH başçısının tapşırıq və dəstəyi ilə yağış sularının birbaşa Tər-tər çayına axıdılması məqsədilə yeni su arxı çəkilmiş və həmin arxın işlək vəziyyətdə qalması üçün üzərinə rənglənmiş dəmir barmaqlıqlar quraşdırılmışdır. Görülən işlərlə yanaşı Gəncə küçəsinin H.əliyev prospektilə kəsişməsindəki, yaşıllıq zolağının da qoruma hasarındakı ağlaylar təmişlənmişdir.
Belediyye.info
|
|
|
|
|
|
|