Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, noyabr ayında şəhərin Heydər əliyev prospektində, Bakı, Koroğlu, H.Aslanov küçələrində və H.əliyev prospekti ilə Koroğlu küçələrinin kəsişməsində yerləşdirilmiş elektrik dirəklərini təmir edərək, həmin ərazilərin gecə işıqlanmasını təmin etmişdir.
Bakı küçəsi ilə i.Qayıbov küçələrinin kəsişməsindəki, böyük dairənin ağlay örtüyü də avtoqəza zamanı qırılmışdır ki, bu daşlar bələdiyyə tərəfindən təmir edilərək bərpa edilmişdir.
Eyni zamanda həmin küçələrdə dağılmış piyada səkilərinin bardyorları yerinə bərpa edilmiş və rənglənmişdir. Daha sonra bələdiyyənin tikinti və bərpa briqadası məktəblərin yaxınlığında və zəruri olan yerlərdə piyada keçidlərini və Təbriz küçəsində uşaqlar üçün quraşdırılmış yelləncəklərdə boyalanmışdır.
Bununla yanaşı həftə ərzində Bərdə Bələdiyyəsi şəhərin Bakı küçəsində təmizlik, abadlıq işləri aparıb belə ki vətəndaşları narahat edən yol kənarındakı məişət tullantıları və natəmiz yerlər təmizlənmiş bardyorlar isə rəhglənmişdir.
Belediyye.info