"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsi şəhərdə abadlıq işlərini davam etdirir

--2016-04-01 / 21:02

Bərdə bələdiyyəsinin təşəbbüsü və imkanları hesabına küçələrdə abadlıq, təmir və təmizlik işləri davam etdirilir. Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb.

Məlumatda bildirilir ki, Bərdə-Ağdam yolunun çıxış hissəsində, Sənaye və S.Vurğun küçələrində arxların təmizlənməsi, məişət tullantılarının daşınması, aramsız yağan güclü yağışlardan sonra yolların kənarlarında bitən alaq otlarının biçilməsi, səkilərin qıraqlarının torpaq yığıntılarından təmizlənməsi işləri həyata keçirilib.

Eyni zamanda S.Vurğun küçəsində bir ədəd qurumuş və kökündən aşmış ağac doğranaraq odun üçün Bərdə bələdiyyəsinə müraciət etmiş şəhər sakini, 4 uşaqlı, ailə başçısını itirmiş Musayeva əminə Zahid qızına təhvil verilib.

Ötən gün isə şəhərin H.əliyev prospektində baş verən avtoqəza nəticəsində dağılmış vəziyyətdə olan ağlay üzlüklərinin üzlənməsi bələdiyyə tərəfindən həyata keçirilib.

Belediyye.info

ŞƏRHLƏR